Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Pensiya alana kimi ölməyin!

 

                                Çünki sizə düşən pensiya heç bir ailə üzvünə ödənilmir 

 

 

     "Xeberinfo.com": Pensiya yaşına çatmadan ölən şəxsin sosial müavinət üçün yığılan pullarının sonrakı taleyi heç şübhəsiz hər kəs üçün maraqlıdır. 

Çünki az belə halla rastlaşmamışıq ki, adam pensiya yaşını haqlamamış dünyasını dəyişir və ona düşən pensiya heç bir ailə üzvünə ödənilmir. Halbuki bir çox inkişaf etmiş ölkələrdə vətəndaş pensiya yaşına çatmadan ölərsə, ona çatmalı olan vəsait övladına, yaxud da hansısa varisinə verilir. Ekspertlər də təsdiq edir ki, bizdə bu cür halların 90 %-də həmin pullar batır.

       İqtisadçı ekspert Vüqar Bayramovun sözlərinə görə, əgər ölən vətəndaş əlildirsə, yaxud hansısa xüsusi statusa malikdisə, o zaman həmin pullar onun övladlarına verilə bilər. Digər hallarda isə vətəndaş bir də pensiya yaşına çatmalıdır ki, o, vəfat etdikdən sonra onun pensiyası ailə üzvlərinə ödənilsin. Xarici təcrübədə isə bu məsələyə daha həssas yanaşılır.

       Düzdür, bu cür minimumlar hazırki qanunvericilikdə nəzərdə tutulmayıb. Yəni ölkəmizdəki mövcud qanunvericiliyə əsasən rəhmətə gedən şəxs pensiya yaşına çatmayıbsa, onun balansında yığılan pullar ailə üzvlərinə ödənilmir. Ailə üzvləri yalnız qanunla nəzərdə tutulmuş dəfn pulu ilə təmin olunurlar. Dövlət Sosial Müdafiə Fondunun sektor müdiri Rüfət Oruclunun sözlərinə görə, ölüm halı sosial sığorta hadisəsidir və dəfn üçün müavinət sosial sığorta üzrə ödəmələrin bir növüdür. 

     Mövcud qanunvericilikdə o da var ki, rəhmətə gedən şəxsin yoldaşı 1-ci və ya 2-ci qrup əlildirsə, övladı 18 yaşına çatmayıbsa, ya da 23 yaşında əyani təhsil alırsa, o zaman vəfat edənin pensiyası həmin şəxslərə verilir. 

       Məlumat üçün bildirək ki, hazırda ölkədə pensiya yaşı kişilər üçün 63, qadınlar üçün isə 59 yaş yarımdır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam