Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

Türkiyənin siyasi partiyaları ABŞ sanksiyalarına qarşı birləşdi

tbmm

Türkiyə Böyük Millət Məclisində təmsil olunan Ədalət və İnkişaf Partiyası (AKP), Cümhuriyyət Xalq Partiyası (ÇHP), Millətçi Hərəkat Partiyası (MHP) və İYİ Partiya ABŞ Maliyyə Nazirliyinin qəbul etdiyi sanksiya barədə qərara qarşı birgə etiraz açıqlaması yayıb.

Yenixeber.org: “AZƏRTAC” xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyi də məsələyə etiraz münasibətini kəskin şəkildə ifadə edib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın sosial şəbəkədə rahib Andru Kreyq Brunsonun azad edilməyəcəyi təqdirdə Türkiyəyə sanksiyaların tətbiq ediləcəyi barədə ifadələri qardaş ölkədə kəskin etiraza səbəb olub. Bunun ardından ABŞ Maliyyə Nazirliyinin Türkiyənin daxili işlər və ədliyyə nazirlərinə qarşı sanksiya tətbiq etmək barədə qəbul etdiyi qərar iki ölkə arasında gərginliyi daha da artırıb. Hazırda ev dustağı olan Andru Kreyq Brunson Türkiyədə terroru dəstəkləmək, FETÖ və PKK terror təşkilatları ilə əməkdaşlıq etmək və s. qanunazidd əməllərdə təqsirli bilinir.

Türkiyə tərəfi əsaslandırır ki, rahib Brunsonun həbsi qanunidir, onun qeyri-şərtsiz azad olunması barədə tələblər beynəlxalq hüquqa ziddir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam