Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Günün xəbəri

Taxify 175 milyon dollar investisiya aldı

 Estoniyada təsis edilmiş məşhur Taxify taksi servisi növbəti investisiya raundunu yekunlaşdıraraq 175 milyon dollar investisiya aldı. Nəticədə sözügedən taksi servisinin qiyməti 1 milyard dollar dəyərində qiymətləndirilib. Qeyd etmək lazımdır ki, yekunlaşdırılmış investisiya raunduna avtomobil istehsalçısı olan Daimler şirkəti liderlik edib. Beləliklə Daimler şirkətinin təmsilçiləri Taxify servisinin direktorlar şurasına daxil olacaqlar



Yenixeber.org: İnvestisiya raundunda həmçinin Avropanın vençur fondu Korelya Capital və TransferWise ödəniş sisteminin təsisçisi iştirak ediblər. Taxify əldə olunmuş investisiyanı öz texnologiyalarının inkişafı və beynəlxalq ekspansiya üçün istifadə edəcək. Taksi servisi əsasən Afrika və və bir sıra Avropa bazarlarına çıxmağı planlaşdırır. Taxify həmçinin təsdiq edib ki, o, Rusiya bazarına çıxmağa hazırlaşır. Bu məsələ barəsində hələki heç bir dəqiq tarix yoxdur.
Lakin buna baxmayaraq şirkət artıq öz saytının rus dili versiyasını istifadəyə verib. Taxify 2013-cü ildə estoniyalı sahibkar Markus Villig tərəfindən təsis edilib. Hal hazırda şirkət 25-dən çox ölkədə fəaliyyət göstərir. Şirkətin öz məlumatlarına əsasən taksi servisi 500.000-dən çox sürücü ilə 10 milyondan çox sərnişinə xidmət göstərir. Keçən il şirkətə digər məşhur taksi servisi Didi Chuxing investisiya yatırmışdı.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam