Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Bu ölkələrin Qarabağla bağlı öz maraqları var- Fyodorov

 

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesinə yeni təkan verə biləcək əsas amil tərəflərin ikitərəfli dialoq qurmağa, bir-birini dinləyə bilməyə və kompromisə getməyə hazır olmasıdır.

Yenixeber.org: Bunu rusiyalı ekspert, “Aspekt” Sosial və Siyasi Araşdırmalar Mərkəzinin prezidenti Georgi Fyodorov deyib.

G.Fyodorovun sözlərinə görə, bu gün ATƏT Minsk qrupunun mövcud formatını dəyişməyə zərurət yoxdur.

Ekspert qeyd edib ki, regionun bir çox aparıcı ölkələrinin Dağlıq Qarabağ münqaişəsinin nizamlanması üzrə danışıqların yekunu və ya bu münaqişənin qəsdən uzadılması ilə bağlı öz maraqları var.

Ermənistandakı daxili vəziyyətə gəldikdə isə ekspertin proqnozlarına əsasən, Nikol Paşinyan hökuməti yaxın aylarda daxili problemlərlə, iqtisadi vəziyyətlə və digər aktual məsələlərlə məşğul olacaq:

“Ölkənin siyasi rəhbərliyindəki dəyişikliklərə baxmayaraq, Ermənistan da iqtisadi cəhətdən Rusiyadan asılı qalır. Ona görə də ən azından yaxın zamanlarda Ermənistanın xarici siyasətində kəskin addımlar gözlənilmir. Bununla belə, perspektivdə ümumi xarici siyasi kurs böyük ehtimalla Avropaya və ümumilikdə Qərbə yönələcək”.(trend)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam