Redaktor seçimi
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!:
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Günün xəbəri

Prezident İlham Əliyev:"Siz sadəcə olaraq xalq qarşısında, ölkə qarşısında utanmalısınız"


Dövlət başçısı: İsti havada insanlara bu qədər əziyyət vermisiniz

 "Bəziləri qəzanı isti hava ilə bağlayırlar. Bizdən də isti ölkələr var. Orada belə qəzalar baş vermir və baş verəndə ölkələrin enerji sistemi çökmür. Yenə də deyirəm, qəza baş verə bilər. Qəzanın fəsadlarının aradan qaldırılması işləri aparılmalıdır və aparılır. Ancaq bir qəzaya görə bütün ölkənin enerji sisteminin çökməsi yumşaq desək, böyük səhvdir".

Yenixeber.org: Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkənin enerji sistemindəki vəziyyətlə əlaqədar keçirilən müşavirədə deyib.

Dövlət başçısı qeyd edib ki, indi bizim kifayət qədər enerji gücümüz var: "Mən bunu giriş sözümdə qeyd etdim. Təkcə 15 il ərzində 2500 meqabayt gücündə elektrik stansiyaları yaradılıb. Biz indi xarici ölkələrə elektrik enerjisini ixrac edirik. Ona görə isti havalarla bağlı istehlakın artması qəzanın səbəbi ola bilməz. Qəzanın səbəblərini komissiya araşdıracaq. Qeyd etdiyim kimi, bu məqsədlə komissiya yaradılıb və siz sadəcə olaraq xalq qarşısında, ölkə qarşısında utanmalısınız. Bu isti havada insanlara bu qədər əziyyət vermisiniz. Metroda qalanlar, qocalar, uşaqlar, qadınlar, xəstələr, liftlərdə qalanlar. İqtisadiyyata nə qədər böyük ziyan vurmusunuz. Təkcə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin burada deyilən ziyanını hesablasaq, məlum olur ki, ölkəyə nə qədər böyük iqtisadi ziyan dəyib.

Mən bu sahəyə bu qədər investisiya ayırmışam. Dövlət investisiya proqramında hər il bu məqsədlə böyük vəsait ayrılıb. İndi yeni elektrik stansiyaları tikilir. Şimal-2 elektrik stansiyası tikilir. Son 15 il ərzində 30 stansiya tikilib. Elə bir sistem qurulmalı idi ki, bir qəzaya görə ölkənin enerji sistemi çökməsin. Nə üçün Bakıda, Sumqayıtda, qeyd etdiyim kimi bölgələrdə istifadəyə verilmiş elektrik stansiyaları qəza baş verəndən sonra fəaliyyətini dayandırdı? Bunun səbəbləri haqqında danışmalısınız. Siz bunun izahatını verməlisiniz. İndi havaların isti keçməsi, istehlakın artması barədə verilən məlumat məni qətiyyən qane edə bilməz".

Dövlət başçısı bildirib ki, bununla bağlı yaradılan komissiyanın üzvləri ciddi işləməlidirlər. Prezident İlham Əliyev həm birinci qəzanın, həm də ikinci qəzanın səbəbləri barədə qısa müddət ərzində ona məruzə edilməsi barədə göstəriş verib.  


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam