Redaktor seçimi
Cavid Qurbanovun əmisi oğlu niyə ölkədən qaçıb?! -
Gəncə şəhər stadionunun tikintisi mərhum nazirin oğlunun iş ortağına tapşırılıb -
Ağsuda dövlətin pulu küçələrin işıqlandırılması adı ilə “qaranlığa qərq olur” –
“Samur” Gömrük Terminalındakı Rüfət Qəhrəmanov kimdi? — Şahin Bağırovun adamı yoxsa… /
Bakı Dövlət Universitetində korrupsiya faktları aşkarlandı -
Sahil Babayevin gücü qarşısında Qanunlarımız və İcra Mexanizmi aciz qalıb -
Qusarçay Saleh Məmmədovun Daş Karxanasında belə “buxarlanır” –
Məzahir Pənahov dövlətin pulunu necə xərcləyir?:
Günün xəbəri

Kürdəmirdə Respublika günü münasibətilə tədbir - FOTOLAR

 

     Bu gün rayonun Heydər Əliyev Mərkəzində Respublika günü münasibətilə  “Şərqin ilk demoktarik Respublikası-Azərbaycan Xalq Cümhuriyyəti” mövzusunda konfrans keçirilib.

   

    Xeberinfo.com:   Tədbirdə Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov , rayonun hüquq-mühafizə  orqanlarının  rəhbərləri,   ağsaqqallar və ziyalılar,  idarə,  müəssisə  və təşkilatların  rəhbərləri,  rayon  ictimaiyyətinin  nümayəndələri   iştirak edirdilər.

Tədbir iştirakçıları əvvəlcə müasir, müstəqil Azərbaycan Respublikasının qurucusu  Ulu    Öndər    Heydər   Əliyevin    abidəsi      önünə  gül-çiçək dəstələri düzüblər.

Kürdəmir  şəhər 3 saylı  tam orta məktəbinin  şagirdlərinin  ifasında  təqdim olunan ədəbi-bədii  kompozisiya  tədbir  iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Konfransda “Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə ilk demokratik dövlət kimi” mövzusunda şəhər 1 saylı  tam orta məktəbin tarix müəllimi Gülbəniz İbrahimova,“Azərbaycan Xalq Cümhuriyyətinin suqutu tarixi şəraitin zərurəti idi” mövzusunda şəhər 2 saylı  tam orta məktəbin tarix müəllimi Ülviyyə Şükürova ,Azərbaycan Xalq Cümhuriyyəti və müsdəqil Azərbaycan mövzusunda şəhər 1 saylı  tam orta məktəbin direktor müavini Mehriban Məmmədova, “Azərbaycan Xalq Cümhuriyyəti dövründə ordu quruculuğu” mövzusunda N saylı hərbi hissənin təyarəçisi, baş leytenant Rəşad Qasımlı məruzələrlə çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan Müstəqil Azərbaycan Respublikası Ulu Öndərimiz Heydər Əliyevin parlaq ideyaları , dahi öndərin siyasi davamçısı ölkə rəhbəri cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət sayəsində daim tərəqqi edib çiçəklənəcək, öz müstəqilliyini möhkəmləndirəcək, Ümummilli Liderimizin dediyi kimi , əbədi və dönməz edəcəkdir. Həmçinin dərin minətdarlıq hissi ilə vurğulanıb ki, Ulu Öndər Heydər Əliyev irsinin həyata keçirilməsi, onun ideyalarını reallaşdırılması Prezidentimiz İlham Əliyev cənablarının məqsədyönlü siyasəti nəticəsində reallığa çevrilib.

 

Tədbiri öz çıxışı ilə yekunlaşdıran Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov Respublika günü münasibətilə tədbir iştirakçıların təbrik edərək bildirib ki, Müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi bütün sahələrdə - xarici siyasət, beynalxalq münasibətlər, daxili siyasət, milli təhlükəsizlik, sosial – iqtisadi sahədə dövlətlərlə balanslaşdırıcı siyasət, enerji, ərzaq, təhsil, səhiyyə, elm, daxili siyasi sabitliyin yaradılması sahələrdə dayanıqlı dövlət kimi fəaliyyət göstərir. Azərbaycanın dövlətçilik ənənələrinin qoruyub saxlanması və inkişaf etdirilməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fəaliyyətinin ən başlıca qayəsini təşkil edir. Müstəqil Azərbaycan Respublikası yaşayır, inkişaf edir, möhkəmlənir, dünyanın lider ölkəsinə çevrilməkdədir. “Müasir Azərbaycan Heydər Əliyevin şah əsəridir”. Prezidentimizin dediyi bu müdrik kəlam əsl mənada müstəqilliyimizin bariz nəticəsidir.







Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam