Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Günün xəbəri

"Bakı 2018" Türk Şurası Universitet İdman Oyunlarının açılış mərasimi keçirilib

 

 

Bu gün "Bakı 2018" Türk Şurası Universitet İdman Oyunlarının açılış mərasimi keçirilib

 

Yenixeber.org: Bakı İdman Sarayında baş tutan tədbirdə gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Türk Şurasının baş katibi Ramil Həsənov, iştirakçı ölkələrin nümayəndələri və digər şəxslər iştirak ediblər.

Mərasimdə əvvəlcə bədii kompozisiya nümayiş olunub. Türk xalqlarının simvolu olan Dədə Qorqud tanınmış tarixi sərkərdələri səhnəyə dəvət edib. Daha sonra, Azərbaycanın xalq musiqiləri səsləndirilib, mahnılar ifa olunub. Həmçinin rəqs qrupları xüsusi səhnəciklər təqdim ediblər.

Açılış sözü ilə çıxış edən A.Rəhimov bildirib ki, müasir qloballaşan dünyada türk dünyasının birliyi böyük əhəmiyyət kəsb edir: "Sevindirici haldır ki, türk dövlətlərinin dostluğu getdikcə möhkəmlənir. Cənab Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, XXI əsr türk dünyasının əsri olmalıdır. Bu işdə idman da öz töhfəsini verməlidir. Hazırda iştirakçısı olduğunuz Oyunlar bu baxımdan önəmlidir. Hər kəsə uğurlar arzulayıram".

R.Həsənov isə çıxış edərək dörd qardaş ölkədən 400-ə yaxın insanın bir arada olmasından qürur hissi keçirdiklərini deyib: "İlk Türk Şurası Universitet İdman Oyunlarına ev sahibliyi etməyimiz bizim üçün fəxrdir. İnanırıq ki, gələcəkdə iştirakçı ölkələrin sayı artacaq".

Daha sonra, mərasim güləş yarışları ilə davam etdirilib.

Qeyd edək ki, futzal, voleybol, şahmat, stolüstü tennis, cüdo və güləş üzrə olacaq yarışlarda Azərbaycan, Türkiyə, Qırğız Respublikası və Qazaxıstan idmançıları iştirak edəcəklər. Oyunlar saat 10:00 – 18:00 aralığında baş tutacaq. Bağlanış mərasimi aprelin 9-da gerçəkləşəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam