Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
QHT-lərə Dövlət Dəstəyi adı ilə büdcə talançılığı: Korrupsiyanın anatomoyası –
Əli Həsənovun kürəkəninin Avropada biznes şəbəkəsi aşkarlandı -
Günün xəbəri

Bayrağımız Rio-de-Janeyrodakı Olimpiya Kəndində qaldırılıb

rio bayragimiz

Mərasimdə Azərbaycan nümayəndə heyətinin üzvləri iştirak ediblər

Xeberinfo.com:    Rio-de-Janeyro 2016 Yay Olimpiya Oyunlarının keçiriləcəyi Braziliyanın Rio-de-Janeyro şəhərindəki Olimpiya Kəndində Azərbaycan bayrağının qaldırılması mərasimi keçirilib.
Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədovanın “Report”a verdiyi məlumata görə, tədbirdə baş nazirin I müavini Yaqub Eyyubov, gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, İTAR-TASS informasiya agentliyinin direktoru Mixail Qusman, Azərbaycanın Braziliyadakı səfiri Elnur Sultanov, federasiya prezidentləri, idmançılar və digər rəsmi şəxslər iştirak ediblər.
Mərasimdən əvvəl Braziliyanın tarixini, adət-ənənələrini özündə əks etdirən rəqs nümayiş olunub. Ardından səhnəyə basketbol üzrə ikiqat olimpiya çempionu və Olimpiya Kəndinin meri Janett Alkeni dəvət olunub. O, idmançıları salamlayaraq, uğurlar arzulayıb.
Azərbaycan nümayəndə heyətinin rəhbəri, nazirliyin beynəlxalq əlaqələr şöbəsinin müdiri İlham Mədətov merə hədiyyə təqdim edib.
Azərbaycan və olimpiya himnləri səsləndirilib.
Nazir Azad Rəhimov Atletlər Kəndinə gedərək, idmançıların yaşayış şəraiti, qaldıqları otaqlarla yaxından tanış olub. O, idmançılardan arzu və istəklərini soruşub, hər birinə uğurlar arzulayıb.
Bununla da mərasim başa çatıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam