Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

"Halal" sertifikatının verilmə qaydası dəyişir- VİDEO

"Halal" sertifikatının verilmə qaydası dəyişir

 

 

Azərbaycanda "halal" sertifikatını verən qurum dəyişir. Artıq bu sertifikatı Qida Təhlükəsizliyi Agentliyi verəcək. Üstəlik, sertifikatın verilməsi qaydalarında da dəyişikliklər olacaq

 

Yenixeber.org: "Halal" sertifikatının verilmə qaydası dəyişir.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, bu vaxta qədər sözügedən sertifikatı Dövlət Akkreditasiya Xidməti tərəfindən akkreditasiya olunmuş "AzeSERT" sertifikatlaşdırma şirkəti verirdi. Təkrarçılığı aradan qaldırmaq və nəzarətin bir orqan tərəfindən həyata keçirilməsini təmin etmək məqsədiylə artıq halal sertifikatını Qida Təhlükəsizliyi Agentliyi verəcək.

Əvvəllər bu sertifikat maksimum 3 il müddətinə verilirdi. Sertifikat verilərkən məhsulun ölkə daxilində və ya xaricdə satılması əhəmiyyət daşımırdı. Artıq hər ixrac prosesi üçün ayrıca sertifikat almaq lazım gələcək.

Qida Təhlükəsizliyi Agentliyinin Təftiş və Dövlət Nəzarəti şöbəsinin müdiri Balarəhim Quliyevin sözlərinə görə, hazırda halal standartının yerli istehlak üçün verilmə qaydası və sertifikatın etibarlılıq müddəti dəqiqləşdirilir. Əvvəllər məhsulun halal standartına cavab verib-vermədiyini müəyyənləşdirmək üçün onun gigiyenik sertifikatı tələb olunurdu. Artıq hər məhsul üçün ayrıca gigiyenik sertifikat almağa da ehtiyac qalmayacaq.

Sertifikat ödənişli əsaslarla veriləcək. Balarəhim Quliyev rüsumların Tarif Şurasıyla dəqiqləşdirilmə mərhələsində olduğunu deyir. Onun sözlərinə görə, artıq halal məhsul istehsal etmək üçün ayrıca istehsal məntəqəsinə də ehtiyac qalmayacaq.

Halal sertifikatı, hazırda olduğu kimi, məhsulun üzərində xüsusi etiket formasında öz əksini tapacaq.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam