Redaktor seçimi
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Günün xəbəri

Dünyayla bağlı bilmədikləriniz

 

Müasir insan özünü bir çox məsəslələrdə sələfindən ağıllı, bilgili hesab edir. Hardasa haqlıdır, bugünkü insan öyrənmir, bilik özü texnika vasitəsilə ona gəlib çatır. Amma yenə də özündən tam əmin olmasın. Bəzən elə məlumatlara rast gəlmək olar ki, hətta bu, “fövqəlinsan”ı belə çox düşündürər

 

Yenixeber.org dünyayla bağlı qəribə faktları diqqətinizə çatdırır:

1. Yer kürəsi bir vaxtlar bənövşəyi rəngdə olub. Alimlərin dediyinə görə, milyon illər əvvəl mikroorqanizmlər günəş şüasını udarkən xlorofil deyil, retinal molekulunu istifadə edirmişlər. Retinal vasitəsilə yaşıl rəngi udub, qırmızı və mavi rəngi buraxırmışlar ki, onların qarışığı bənövşəyi rəng yaradırmış.

2. Heyvandarlıq ətraf mühitə nəqliyyatdan daha çox ziyan vurur – təbii ki, ifrazatı ilə torpağı çirkləndirməsi və bitki örtüyünü həzmi-rabedən keçirməsi ilə...

3. ABŞ sahibkarlarının özəl ərazilərində pələnglər vəhşi təbiətdəkindən daha çoxdur.Təbii ki, zəngin kişilər heç də təbiətə xeyir vermək üçün bu zolaqlıları yetişdirmir. Sadəcə onların arasında vəhşi pişiklərin rəqabəti gedir. Bəs necə, onlar da adi təqaüdçü kimi məstan saxlamayacaqlar ki!..

4. Britaniya pilotlarının 43%-i etiraf edib ki, təyyarə uçuşu zamanı sükan arxasında yatıblar. Britaniyaya uçsanız tez-tez pilotu oyandırması üçün stüardessanı xəbərdar edərsiniz.

5. ABŞ-da ictimai kitabxanalar McDonalds restoranlarından çoxdur. Dünya şöhrətli yazıçıları, bestseller arxasınca qaçan oxucuları olan ölkə üçün əlbəttə ki, kitab qarından irəli olmalıdır.

6. Yer üzündəki ağacların sayı kəhkəşandakı ulduzların sayından çoxdur. Ümumilikdə 3 trilyon ağacdır. Yüz il bundan qabaq isə daha da çox olub. Maraqlıdır ki, ağacların böyük hissəsi Rusiya Federasiyası ərazisinə düşür.

7. Asiyada 8% kişi Çingizxanın törəməsidir. Böyük sərkərdə hesab edirdi ki, bir kişinin nə qədər çox uşağı olsa bir o qədər yaxşıdır. Ona görə də hərəmxanasında yüzlərlə qadın olur və vaxtaşırı gəncləri ilə əvəz olunurdu. Məqsəd xələflərinin sayının çoxalması idi.

8. Tokionun əhalisi Kanadanın əhalisindən çoxdur. Unutmayaq ki, Kanada ərazisinə görə dünyanın ikinci (Rusiyadan sonra) ən böyük ölkəsidir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam