Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

“Bakı Metropoliteni” sərnişinlərə sürpriz hazırlayır

“Bakı Metropoliteni” sərnişinlərə sürpriz hazırlayır

31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibəti ilə “Bakı Metropoliteni” QSC ənənəsinə sadiq qalaraq, ilin son sosial layihələrini gerçəkləşdirəcək

Yenixeber.org: Yeni ilin gəlişi və bayram ab-havası artıq metronun stansiyalarında hiss olunur. Belə ki, “Elmlər Akademiyası”, “28 May”, “Koroğlu”, “İçərişəhər”, həmçinin Bənövşəyi xəttin “Memar Əcəmi” stansiyalarının vestibüllərində Yeni ilin rəmzi olan bəzədilmiş işıqlı şam ağacları quraşdırılıb və monitorlarda bayram təbrikləri yerləşdirilib.

QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin məlumatına  görə, Yeni ilin astanasında və qədəmlərini qoyduğu ilk günlərdə sərnişinlərə gözəl ovqat bəxş etmək istəyən “Bakı Metropoliteni” QSC-nin növbəti sosial layihəsi də gerçəkləşəcək.

Bu dəfə də stansiyalarda artıq ənənə halını almış musiqili proqram təşkil olunacaq. Dekabrın 30-31-i və yanvarın 1-2-si sərnişin axını daha çox olan bir neçə stansiyanın vestibülündə konsert proqramı təqdim olunacaq.

Konsert proqramının afişasını sərnişinlərin nəzərinə çatdırırıq:

- “İçərişəhər” stansiyası – saat 12:15 – 13:45

- “28 May” stansiyası – saat 13:15 – 14:45

- “Elmlər Akademiyası” stansiyası – 14:15 – 15:45

- “Memar Əcəmi” stansiyası (Bənövşəyi xətt) – 15:15 – 16:45.

Bundan başqa Nəsimi Paşayev sərnişinlərə müraciət edib. Onun sözlərinə görə, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə Dənizkənarı Milli parkda təşkil ediləcək bayram atəşfəşanlığı ilə əlaqədar Bakı metropoliteninin işi 1 saat uzadılıb: “Dekabrın 31-dən yanvarın 1-nə keçən gecə metropoliten gecə saat 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.

“Sahil” stansiyası əsaslı təmir və yenidənqurma işləri ilə əlaqədar bağlı olduğundan, sərnişinlərin bayram tədbirindən sonra metropolitenin dənizkənarı bulvara yaxın olan “28 May” və “İçərişəhər” stansiyalarından istifadə etməsi tövsiyə olunur”.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam