Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Bu xəbəri oxuyandan sonra əsəbləşməyə can atacaqsınız- Alimdən İNANILMAZ RƏY

 

 

 

 

  Yenixeber.org:      İşdə əsəblərinizi pozan əməkdaşlar beyniniz üçün çox faydalarıdır.

Bu iddia ilə hollandiyalı nevropsixoloq, professor Erik Şerder çıxış edib.

Onun sözlərinə görə, işdə əsəblərinizi pozan, problem yaradan əməkdaşlar və xroniki olmayan stressin beynin sağlamlığı üçün faydası var.

Amsterdam Müstəqil Universitetinin müəllimi E.Şerderin fikrincə, həyatdakı rahatlıq və komfor insanlar üçün heç də yararlı deyil.

"Problemsiz, heç bir şey etmədən keçirilən gün beyin üçün "istənilməyən” və ya "boşa getmiş” gün kimidir. Beyin problemlərdən qidalanır. Onları işlədərək sağlam qalır”, - deyən psixoloq iddia edir ki, əsəblərinizi pozan iş yoldaşı beynin işinə dəstək olur.

O, daha sonra bunları deyib: "Problem yaratmamalısınız, amma bir problem varsa, həll etməlisiniz. Bu mənada əsəblərinizi pozan bir həmkar çox yaxşıdır. O, iclaslarda şikayət edər, siz də bu problemi həll etmək məcburiyyətində qalarsınız. Sıxıcı gələ bilər, amma beyin işləyib bu problemi həll etməlidir”.

"Stress bir fəlakə deyil, əlbəttə, xroniki olanlar xaric”, - deyən hollandiyalı professor onun müsbət nəticələrə səbəb olmasına dair bir sıra araşdırmaların olduğuna diqqət çəkib. O, həmçinin fiziki işlə məşğul olmağın da beynin işinə təsirindən danışıb.

 

"İnsanlar beyinlərinin sağlamlığı üçün həm də fiziki işlə məşğul olmalıdırlar. Hər gün işə şəxsi avtomobilinizlə getməyi, liftlə qalxmayın, bir az ayaqüstə durun, onsuzda bütün günü oturursunuz. Aparılan araşdırmaya görə gecə işləyən siçanların öyrənmə qabiliyyəti daha yüksək olur və uzun müddətli yaddaşa sahib olurlar. Təbii ki, bu insanlara da aiddir. Şübhəsiz, qocalanda yaddaşınız zəifləyəcək, lakin siz buna qarşı mübarizə apara bilərsiniz”./publika.az

 

 

 

 

 

 

 

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam