Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Səfirlik:Odessada baş verən insident xuliqanlıq hərəkətidir

 

Səfirlik:

 

Yenixeber.org: Ukraynanın Odessa şəhərində tikilməsi planlaşdırılan “Azərbaycan” parkındakı löhvənin üzərinin boya ilə ləkələnməsi xuliqanlıq hərəkəti kimi qiymətləndirilməlidir.

Azərbaycanın Ukraynadakı səfirliyindən Trend-ə verilən məlumata görə, səfirlik bu cür xuliqanlıq hərəkətlərinin siyasiləşdirilməsini qətiyyətlə pisləyir və Kütləvi İnformasiya Vasitələrini həssas mövzulara diqqətlə yanaşmağı tövsiyə edir.

Səfirlik qeyd edir ki, 2012-cü ildə SOCAR şirkəti tərəfindən həmin parkın tikintisi nəzərdə tutulsa da, yaranan maliyyə çətinliyinə görə, bu günə qədər hər hansı bir abadlıq işləri görülməyib, sadəcə, sonradanməlumatlandırma löhvəsi qoyulub və bu ötən müddətdə həmin ərazi baxımsız qalıb: "Sözsüz ki, ərazi baxımsız qaldığından, bu cür xuliqanlıq hərəkətləri qaçılmaz olur. Əgər həmin park “Azərbaycan” parkı kimi fəaliyyətə başlasaydı, ərazi nəzarətdə olardı və iki ölkənin münasibətlərini pozmağa cəhd edən bu cür xuliqanlıq hərəkətləri baş verməzdi".

Səfirlik baş verən xuliqanlıq hərəkəti ilə bağlı Odessa şəhərinin icra strukturları ilə əlaqə saxlayıb və araşdırma aparılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam