Redaktor seçimi
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
Günün xəbəri

Ermənistanın Baş Konsulluğu qarşısında etiraz aksiyası keçirildi- FOTO

Ermənistanın Baş Konsulluğu qarşısında etiraz aksiyası keçirildi

 

 

Ukraynanın Odessa şəhərində Xocalı soyqırımının 26-cı ildönümü münasibətilə Ermənistanın Baş Konsulluğunun qarşısında etiraz aksiyası keçirilib

 

Yenixeber.org: Azərbaycanın Ukraynadakı Səfirliyindən verilən məlumata görə, əvvəlcə şəhərin mərkəzi hissəsində "Xocalı soyqırımı!", "Cinayətkarlar cəzalandırılsın!", "Xocalıya ədalət!" şüarları ilə avtomobil yürüşü keçirərək aksiya iştirakçıları Ermənistanın Odessadakı Baş Konsulluğu qarşısında toplaşıblar.

Səfirlik və Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Odessa vilayəti təşkilatının birgə təşkil etdiyi etiraz aksiyasında Ermənistan hakimiyyətindən işğalçı qoşunlarını Azərbaycan torpaqlarından geri çəkməyi tələb edən aksiya iştirakçıları, mənfur düşmənin indiyədək törətdiyi hər bir cinayətə görə tarix qarşısında cavab verəcəklərini vurğulayıblar. Aksiyada "Rədd ol Qarabağdan!", "Terrora son qoy!", "Qarabağ bizimdir, bizim olacaq!", "Xocalı soyqırımına görə cavab verəcəksiniz!" kimi şüarlar səsləndirilib.

Etiraz aksiyası cinayətkar Ermənistan hakimiyyətinə ünvanlanmış qətnamənin oxunuşu ilə başa çatıb və səmaya Xocalı soyqırımı qurbanlarının xatirəsinin anılması məqsədilə qara şarlar buraxılıb.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam