Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

İranda 20 Yanvarla bağlı bəyanat -Foto

İranda 20 Yanvarla bağlı bəyanat -

 

Azərbaycan xalqının azadlıq uğrunda mübarizə tarixinin qəhrəmanlıq səhifəsini təşkil edən 20 Yanvar faciəsi hər bir azərbaycanlının qəlbində kədər qədər də fəxarət hissi oyadır

 

Yenixeber.org: Xalqımıza qarşı törədilmiş bu qanlı aksiyanın dünya ictimaiyyətinə daha ətraflı çatdırılması üçün Azərbaycanın İrandakı səfirliyi bir sıra tədbirlər həyata keçirib.

Səfirlik tərəfindən Azərbaycan, fars və ingilis dillərində hazırlanmış “20 Yanvar ümumxalq hüzn günü” başlıqlı press-reliz və bu faciəni əks etdirən fotoşəkillər İranda akkreditə olunmuş diplomatik nümayəndəliklərə və beynəlxalq təşkilatların Tehrandakı təmsilçilərinə, eləcə də yerli kütləvi informasiya vasitələrinə göndərilib.

Müasir dünyada informasiyanın yayılmasında internetin və sosial şəbəkələrin əvəzedilməz rolunu nəzərə alan səfirlik özünün internet resurslarında fars, ingilis və Azərbaycan dillərində faciə haqqında geniş məlumat və fotolar yerləşdirib. Səfirliyin saytında, Tvitter səhifəsində və “Teleqram” kanalında 20 Yanvar faciəsi ilə əlaqədar hazırlanmış ətraflı məlumat, press-reliz və fotolar dərc olunub.

“AVA Diplomatic” analitik informasiya portalında fars və ingilis dilində 20 Yanvar hadisələrini əks etdirən material yerləşdirilib.

Bunlarla yanaşı, Azərbaycanın insan hüquqları üzrə müvəkkilinin 1990-cı il 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar Bəyanatı İran İslam Respublikası İnsan Hüquqları Şurasına və diplomatik nümayəndəliklərə təqdim edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam