Redaktor seçimi
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Günün xəbəri

Bütün dövrlərin və xalqların ən varlı adamı –400 milyard dollar sərvətlə Mali imperatoru mansa Musa

Bütün dövrlərin və xalqların ən varlı adamı –

 

XIV əsrdə Avropa daxili müharibələrdən, türklərin və qara taunun həmləsindən silkələndikcə Qərbi Afrikada Mali imperiyası çiçəklənirdi. O zamankı hökmdar mansa (ərəbcə: ali rəhbər-tərc.) Musa onu bütün dövrlərin və xalqların ən varlı adamı edən sərvətə sahib idi

 

Yenixeber.org: Mansa Musa 1324-1325-ci illər arasında Məkkəyə getdiyi həcc ziyarəti sayəsində dünyaya tanınıb. Səhrayla 10 min əsgər, 30 min mülki şəxs, 12 min qul və padişahın yaxınlaşdığını xəbər verən 500 carçıdan ibarət karvan gedirdi. Təbii, bu cür böyük karvan xeyli vəsait tələb edirdi. Tarixi salnamələr xəbər verir ki, mansa Musa buna görə də özüylə 12 000 kq-dan çox qızıl götürüb və özünə sıxıntı verməyib.

Hökmdar Saxara səhrasını keçərkən hər gün masasının üstündə bişmiş təzə balıq və tərəvəz olub. Bunu çaparlar gətirirdilər. Həm də Musanın xanımının bütün şıltaqlıqları yerinə yetirilirdi. Niyeriba Konde bir dəfə hovuzda çimmək istəyib. 8700 qul bir anda qumu qazmağa başlayıb, Konde və 500 kənizi səhəri gün tulumlarla su doldurulmuş hovuzda artıq suyu şappıldadırdılar.

Mansa Musanın ziyarəti bir ilə yaxın çəkib. Hökmdar cümə günü keçdiyi hər bir şəhərdə məscid tikməyi əmr edib. Musa yoxsullara qızıl paylayıb, inanılmaz dərəcədə yüksək qiymətə mallar alıb. Bu səbəbdən növbəti on ildə Qahirə, Mədinə və Məkkə kimi böyük şəhərlərdə qızılın devalvasiyası baş verib.

Mansa Musa geri qayıdarkən böyük həcmdə və yüksək faizlə qızıl borc edib. Bu, tarixdə yeganə hadisədir ki, bir nəfər qızılın qiymətini tənzimləyib.

Timbuktuda məscid

O zamanlar Mali dövlətinin xəzinəsinin doldurulımasında əsas üsul  qızıl və duz hasilatıydı. Xoşbəxtlikdən, hökmdar təkcə özünün deyil, həm də xalqın rihafının qayğısına qalıb. Mansa Musa öz hakimiyyəti illərində dövləti tərəqqiyə aparıb. Hər yerdə məscidlər, böyük universitet və kitabxanalar inşa olunub. Hökmdar islamı qəbul etməyən və bütpərəstlik allahlarına etiqad edənlərə qarşı dözümlüydü. Dövlətdə sabitliyin az əhəmiyyəti olmayan daha bir səbəbi.

Mansa Musanın idarəçiliyini Mali üçün “qızıl dövr” adlandırırlar.

2012-ci ilin araşdırmalarına görə, mansa Musa Rokfeller və Rotşildi geridə qoymaqla tarixdəki ən varlı 25 nəfər içində birinci yeri tutub. Onun sərvəti 400 milyard dollar dəyərləndirilib.

Strateq.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam