Redaktor seçimi
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Günün xəbəri

Zəvvarlarımızın növbəti Ümrə ziyarətinin tarixi açıqlanıb

 

 

Yenixeber.org: Azərbaycandan bir qrup zəvvarın növbəti kiçik Həcc ziyarətinin (Ümrə) tarixi açıqlanıb.

Məlumata görə, 28 zəvvardan ibarət qrup aprelin 23-də yola düşəcək.  

Ziyarət aprelin 30-da başa çatacaq. Həmin gün zəvvarlar Azərbaycana qayıdacaqlar.

Məlumata görə, 3 günlük Mədinə, 5 günlük Məkkə ziyarəti ilə yekunlaşan Ümrə ziyarəti üçün digər qrupun səfəri Ramazan ayına (iyunun 15-16-sı) planlaşdırılır. Bu səfərdə daha çox zəvvarın iştitak edəcəyi gözlənilir. 

Qeyd edək ki, Həcc ziyarətindən iki ay sonra kiçik Həcc ziyarətinə səfərlər başlayır. Bu il Ümrə ziyarəti üçün tələb edilən vəsaitin məbləği aşağı salınıb. Məsələn, keçən il Ümrə ziyarəti üçün ən aşağı qiymət 2 min dollardan çox idi. Hazırda qiymətlər otelə görə 1500 dollardan 2300 dollara qədər dəyişir. Yəni, qiymətlər 500 dollardan da çox ucuzlaşıb. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam