Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Musa Qasımlıdan sərt etiraz:“Dərsliklərin yazılması monopoliyaya alınıb”

 

Musa Qasımlıdan sərt etiraz:

 

 

Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında orta məktəb dərsliklərinin hazırlanması ilə bağlı müzakirələr aparılıb.

 

Yenixeber.org: Deputat Musa Qasımlı bildirib ki, dövlət ölkədə yeni-yeni təhsil müəssisələrinin yaradılması  üçün çox böyük qayğı göstərir: “Amma məktəblərdə dərsliklərin keyfiyyəti, müəllimlərin hazırlıq səviyyəsi də artırılmalıdır. Bunun üçün müvafiq icra hakimiyyəti orqanları çox ciddi işlər görməlidir. Ən vacib məsələ orta məktəblərdə dərsliklərlə bağlı problemlərdir. Bizim dərsliklərlə bağlı iradlarımıza nəhayət diqqət göstərilməli, tədbir görülməlidir. Dərsliklərin yazılmasında inhisarçılıq ola bilməz. Bir tarixçi paleolitdən bu günə qədərki dövrü necə yaza bilər axı? Dərsliklərimizdə nə qədər xronologiya ola bilər? Dərsliklərimizdə çox ciddi şəkildə millətçilik, dövlətçilik aşılanmalıdır, statistika yox”.

 

Deputat Kamilə Əliyeva isə bildirib ki, nə qədər ki, orta məktəb dərsliklərini ali məktəb müəllimləri hazırlayır, bu problem davam edəcək: “Vəziyyət o yerə çatıb ki, orta məktəb dərslikləri monoqrafiyaya dönüb. Axı niyə heç kimin ağlına gəlmir ki, burada yaş sensizi nəzərə alınmalıdır. Orta məktəb dərsliklərini ali məktəb tələbəsi səviyyəsində hazırlayanda əlbəttə, ciddi problem olacaq. Hesab edirəm buna artıq bir əncam çəkilməlidir, inhisarçılıq olmamalıdır. Eybi yox, aralarında bir nəfər ali məktəb mütəxəssisi olsun. Amma ümumilikdə orta məktəb dərsliklərini orta məktəb təhsili üzrə mütəxəssislər hazırlamalıdır”.

 

Apa


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam