Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Musa Quliyev qanun layihəsini tənqid etdi

   Musa Quliyev qanun layihəsini tənqid etdi

 

     Yenixeber.org:  Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsin üzvü Musa Quliyev (Urud) yeni hazırlanan “Əlilliyi ilan şəxslər haqqında” qanun layihəsini sərt tənqid edib.

M. Quliyev adıçəkilən komitənin yanvarın 25-də keçirilən iclasında müzakirələr zamanı yeni qanun layihəsindən xəbərsiz olduğunu, ilkin tanışlıqdan sonra isə sənəddən narazı qaldığını deyib:

Köhnə - mövcud qanun daha işlək, daha praktik və daha mütərəqqi idi. Belə bir qanun layihəsinə heç bir ehtiyac yoxdur. Bu sənəd qəbul olunarsa, çox ciddi problemlər yaranacaq. Əlillərin yeganə ümid yeri dövlətdir. Onların dövlətdən savayı ümid yeri hara ola bilər ki? Amma bu sənəd əlillərlə dövlət arasında sanki bir baryer yaradır. Maliyyə Nazirliyi deyir ki, bu sənəd maliyyə tutumludur, filandır... Maliyyə tutumlu məhz bu sənəd olmalıdır. Maliyyə buraya ayrılmayıb, haraya ayrılmalıdır?!”

O, əlillərin mənzillərlə təmin olunması məsələsinin qanun layihəsində konkret olmadığını deyib:

“Qanun layihəsində göstərilir ki, bu məsələ Mənzil Məcəlləsi ilə tənzimlənir və tənzimlənəcək. Amma axşam həmin Məcəlləyə baxdım, orada belə bir şey görmədim. Axı, bu, necə ola bilər?!”

 Musa Quliyev qanun layihəsini tənqid etdi


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam