Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
Günün xəbəri

İqtisad universitetinin professoru Saatlıda mehmanxananı necə ələ keçirdi?

 

 

    Xeberinfo.com: Vətəndaşların daşınmaz əmlakla bağlı hüquqlarının mütamadi olaraq pozulması günümüzün aktual problemlərindən biridir.

   Saatlı rayon sakini Malik Süleymanov üzləşdikləri problemlərdən danışıb.

M.Süleymanov deyir ki, yaşadığı bu məmləkət sanki məmurların maraqları və şəxsi istəkləri ilə idarə olunur: “1999-cu ildə Saatlıda yerləşən “Mehmanxana” ASC-nin 2006-cı il alqı-satqı müqaviləsinə əsasən mənim tam mülkiyyətimə keçib. Mehmanxana köhnə olduğuna görə təmirə ciddi ehtiyac var idi. Pulum olmadığı üçün kredit götürmək qərarına gəldim. Bir yaxın tanışımın vasitəsi ilə üz tutdum iqtisad Universitetinin professoru Müqabil Məmmədovun yanına getdim. O, da məndən bir neçə vəkalət eyni zamanda mehmanxanaya aid olan sənədləri aldıqdan sonra təmir üçün kredit verdi. Elə qara günlərimdə bundan sonra başladı. Müqabil Məmmədov elmi işlərlə məşğul olmaq əvəzinə mehmanxananın sənədlərini əlində olmasından sui-istifadə edərək hans ki, broker xidməti göstərən “Azərintertreyd” MMC vasitəsi ilə mənə məxsus səhmləri “Azərmülk” MMC-yə satıb. “Azərmülk” MMC də ki, öz növbəsində Müqabil Məmmədovla gizli iş birliyinə gedərək mənə və ailəmə məxsus mehmanxananı qanunsuz yolla öz mülkiyyətinə keçirdib”.

M.Süleymanov əlavə olaraq bildirib ki, M.Məmmədov hazırda Azərmülk MMC-nin rəhbəridir. Ona edilən haqsızlıqlarla bağlı üz tutmadığı ünvan qalmayıb. Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə, Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyevə, Milli Təhlükəsizlik Nazirliyinə edilən çoxsaylı müraciətlər ünvanlayıb.

Şikayətçi deyir ki, Müqabil Məmmədov onu susdurmaq üçün döyməklə və əgər bu bir nəticə verməzsə öldürəcəyi ilə hədələyib: “Bu barədə bütün aidiyyəti qurumlara məlumat vermişəm. Ancaq heç bir xeyri yoxdu. Vətəndaşların təhlükəsizliyinə bilavasitə cavabdeh olan qurumlar Müqabil Məmmədovun əməllərini ört-basdır edirlər”.

 

Malik Süleymanov onu da bildirdi ki, Müqabil Məmmədov təkcə ona qarşı deyil, Gəncə və başqa rayonlarda eyni üsullarla mehmanxanaları adına keçirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam