Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Saleh Məmmədovun işçisindən ölkə başçısına şikayət

saleh-mammadov-azeryolMəcburi köçkün Əliheybət Şirinovla bağlı müraciətlərinin Korrupsiyaya Qarşı Mübarizə Idarəsində araşdırılmasını xahiş edir

Xeberinfo.com:   Binəqədi rayonu, Biləcəri qəsəbəsi, döngə 9 ünvanında müvəqqəti yaşayan Cəbrayıldan olan məcburi köçkün Əliheydər Əliyev ölkə başçısı Ilham Əliyevə növbəti dəfə müraciət edib.

O, müraciətin bir surətini də “Azadlıq”a göndərib. Əliheydər Əliyevin şikayəti “Azəravtoyol” ASC-nin rəhbəri Saleh Məmmədovun işçisi, 69 saylı idarənin rəisi Əliheybət Şirinovdandır. Şikayətçi bildirir ki, Əliheybət Şirinov iki ildir ki, ona veriləsi  əmək haqqını verməkdən imtina edir: “Ona maşın sahiblərinin pullarını istədiyini deyərək xahiş etsəm də məni aldadaraq yola salır.

Mənim öhdəmdə azyaşlıdan tutmuş təqaüdçüyə qədər  9 nəfər insan var. Heç kim də işləmir və evə bir manat da gətirmir. Evdə məndən başqa işləyən yoxdur. Dolanışıq pulumuz məcburi köçkünlərə verilən “çörəkpulu” və anamın 150 manat təqaüdüdür. Bununla 9 nəfər necə yaşasın?

Yaxın qohumlarımın bir neçəsi şəhid olub. Hazırda erməni əsirliyində girov qalanımız da var. Bir nəfər qohumumu erməni gəlininin ayağına qurban kəsiblər. Neçə nəfərimizi öldürüblər. Əliheybət Şirinov belə bir vəziyyətdə bizi aldadır. Onun uşaqlarının hər biri 200 000 manatlıq maşın sürürlər. Onun yol idarəsinin pullarını mənimsəməsi sayəsində hər yerdə villası var. Obyektlərinin siyahısı da bəllidir. O, bizim kimilərin qəpik-quruşunu mənimsəyərək bu yerə gəlib çatıb. Xahiş edirəm ərizəmdə olan materiallar korrupsiya və rüşvətxorluqla məşğul olan idarəyə göndərilsin. Onda hər şey öz yerini tapacaq”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam