Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

“Azəryolservis“-ə yeni sədr təyin olundu

 

Nəqliyyat Naziri Ziya Məmmədov 10 fevral 2015-ci il tarixdə əmr verib

"Xeberinfo.com":  "Azəryolservis" ASC-nin mətbuat xidmətindən verilən məlumata görə, nazir Saleh Ərşad oğlu Məmmədovun müvəqqəti təyinatı haqqında əmr imzalayıb.
Saleh Ərşad oğlu Məmmədov 1975-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitunun İnşaat fakultəsinə daxil olub, 1980-ci ildə təhsilini başa vurub inşaat-mühəndis ixtisasına yiyələnib.
Uzun müddət yol təsərrüfatının müxtəlif qurumlarında mühəndislikdən rəis vəzifəsinədək yüksəlib.
1982-1993-cü illrdə "Yol Təmir Tikinti" Baş idarəsinin 1 saylı Yol Tikinti İdarəsində mühəndis, baş mühəndis, rəis, 1991-1993-cü illrdə 3 saylı Yol Tikinti İdarəsində rəis, 1995-2003-cü illərdə "Azəravtoyol" Dövlət Şirkətinin Körpütikinti Trestinin rəis müavini, 1 saylı Yerli Avtomobil Yolları idarəsinin rəisi, Siyəzən 4 saylı Yol İstismar İdarəsinin rəisi, 1 saylı Yol İstismar İdarəsinin rəisi vəzifəsində çalışıb. 2003-cü ildən hal-hazırkı vaxta qədər Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-in Bakı şəhər 1 saylı Yİİ-nin rəisi vəzifəsində çalışıb.
Saleh Məmmədovun səmərəli fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilib, 2010-ci ildə Tərəqqi medalı ilə təltif olunub, 2012-ci ildə "Əməkdar mühəndis" fəxri adına layiq görülüb.
Yol təsərrüfatındakı çoxşaxəli fəaliyyəti, qazandığı təcrübə, eyni zamanda təşkilatçılıq bacarığı nəzərə alınaraq Nəqliyyat Naziri Ziya Məmmədovun 10 fevral 2015-ci il tarixli əmrinə əsasən Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-in sədri vəzifəsinin müvəqqəti icrası Saleh Ərşad oğlu Məmmədova həvalə edilib.(Anspress)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam