Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Ağzını tikən iş adamıyla bağlı ölkə başçsıına müraciət edildi

 

 

     "Xeberinfo.com": “Avesta” konsernin prezidenti Hacı İbrahim Nehrəmlidən 355 min manatını ala bilmədiyi üçün ağzını tikmiş iş adamı, Qazax rayonunun Yuxarı Əskipara kəndindən məcburi köçkün olan Elşad Məmmədovun səhhəti pisləşib. O, artıq yataqdadır.

İş adamının vəziyyəti ailəsini, azyaşlı övladlarını da narahat edib. Övladları atalarının tezliklə sağalmasını və probleminin həll olunmasını istəyirlər.

Elşad Məmmədovun xalası, şəhid anası Ülkər Nəsibova da onun ölkə başçısı İlham Əliyevə müraciət edib.

“ Mən bir şəhid anası, məcburi köçkünəm. Sizə mətbuat və poçt vasitəsilə dəfələrlə müraciət etmişəm. Mənim dərdlərimin üzərinə dərdi bu dəfə ermənilər yox, Hacı İbrahim Nehrəmli gətirib. O, yetim qalmış bacım oğlunun başına fəlakət açıb. Əlində “Həsən-96MTK-dan aldığı mənzillərin bütün sənədləri olduğu halda evsiz qalıb, iki ildir məcburən Qazax rayonuna, mənim məskunlaşdığım uşaq bağçasına pənah gətirib. Ailəsi və üç körpə övladı ilə birlikdə ora sığınıblar. Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi, general Kamran Əliyev bacım oğlunun haqlı olduğunu deyib, işini Ali Məhkəmənin Plenumuna ünvanlayıb və üç ay keçəndən sonra Plenum baş tutub. Plenumda işə laqeyd yanaşılır. Buna görə də bacım oğlu mayın 18-dən ağzını tikib, səhhəti günü-gündən pisləşir. Bu acınacaqlı hal heç kəsi maraqlandırmır. Belə olan halda mənim yaralı ürəyim param-parça olur. Axı mən dövlətimizin müstəqilliyi üçün oğlumu şəhid vermişəm. Niyə bizim məmləkətdə qanunların aliliyinə hörmət edilmir? Ayrı-ayrı fərdlərin maraqları qanunlarımızdan üstündür?”

Şəhid anası problemin tezliklə həll olunmasını ölkə rəhbərindən xahiş edir: “İki ildən artıqdır üç qardaş və ailələri küçələrdə qalıb. Niyə məlumatları sizdən gizlədirlər? İstəyirlər ki, bütün dünya ictimaiyyəti görsün ki, Azərbaycanda nələr baş verir? Beş gündür Qazax Rayon İcra hakimiyyətinin başçısı Ayaz Əsgərovun qəbulunda olub, bütün sənədləri təkrarən təqdim etmişik. O, da söz verib ki, rayonun Kuratoruna və Prezident Administrasiyasına məlumat verəcək. Niyə rayonun kuratoru və Prezident Administrasiyası susur? Bir məcburi köçkün və şəhid anası kimi Sizdən xahiş edirəm ki, məni qəbul edəsiniz! Əgər mənim müracıətim cavabsız qalsa, may ayının 27-də sürünə-sürünə qəbulunuza gələcəm”, - müraciətdə qeyd edilir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam