Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Bələdçiləri yenə aldatdılar

 

 

  "Xeberinfo.com": “Bu ölkədə yaşamaqdansa xaricdə dilənçilik etməyi üstünlük tuturam. Azərbaycanı tərk etmək istəyirəm. Xarici ölkələrdən sığınacaq tələb edirəm. Yaşamaq mümkün deyil. Xəstəlikdən başqa heç nə verməyiblər” – bunu avqustun 22-də “Azərbaycan Dövlət Dəmir Yolları” ASC-də 25 ildir bələdçilik edən Təranə Hümmətova deyir. Onun sözlərinə görə, ADDY-də yeni işçilərlə təzə işçilərlə fərq qoyurlar: “İndiyə qədər 17 vaqonu qəzadan qurtamışam. İndi yeni işçilərə daha çox üstünlük verirlər. Köhnə işçilərlə işləmək istəmirlər”.

Avqustun 15-də ADDY idarəsinin qarşısına toplaşan bələdçilərə vəd edilmişdi onları bir həftə sonra qurumun rəisi Arif Əsgərov qəbul edəcək. Bələdçiləri bir neçə saat sözügedən ərazidə olsalar da qəbula düşə bilmədilər.

Bələdçi Cavanşir Qafarov deyir ki, avqustun 15-də etiraz aksiyası keçirəndən sonra Depo rəisinin müavini Hikmət Məmmədov ANS-i çəkiliş üçün dəvət etmişdi: “Biz bir neçə dəfə ANS-ə müraciət etdik. Pulumuz olmadığı üçün kanal çəkiliş etmədi, problemlərimzii işıqlandırmadı. Çəkiliş aparan ANS-in işçisinə yaxınlaşdıq. Bizim də sözlərimizi efirdən verməyi xahiş etdik. Ona köhnə vaqonları çəkilməsinə xahiş etdik. Hikmət Məmmədov adamları məni döymək istədi. 102 xidmətinə zəng etdim. Polislər məni bölməyə apardılar. Hikmət Məmmədovda məndən şikayət verdi. Guya mən orada onun işlçilərinə xəsarət yetirmişəm, ANS-in əməkdaşının paltarının düyməsini qırmışam. Bu böhtandı. Hazırda məni işə buraxmırlar. Elyar muradova zəng etdim, dedi ki, istintaq getdiyi üçün iş yoxdur. Qanun hamıya şamil olunmalıdır. Əgər istintaq gedirsə Hikmət Məmmədov da işə buraxılmamlıdır”.

20 il Dəmir Yol idarəsində çalışan, hazırda təqaüddə olan Solmaz Səmədova iddia edir ki, problemlərindən ölkə başçısı və Heydər əliyev Fondunun rəhbəri Mehriban Əliyevanın xəbəri yoxdur. Çünki indiyə qədər üz tutduğumuz idarələrdə dərdlərimizə çarə tapmırlar. Əgər onların xəbəri olsaydı bu cür olmazdı”.

Solmaz Səmədova təqaüdə çıxsa da indiyə qədər pozulan hüquqlarını bərpa olunmasını tələb edir: “maaşlarımıız kəsiblər, “kamandrovka” pulunu verməyiblər. Bunu tələb edirəm”.

40 il bələdçi işləyən Həsən Rəhimov pozulan haqqının bərpa olunmasını tələb edir.

Bələdçilər onu da bildirdilər ki, onlar işə çıxdıqları müddətdə hər saatına 1 manat 75 qəpik maaş almalıydılar: “Ancaq saatımıza 55 qəpik pul ödəyiblər. Ayda ən azı 165-170 saat işləmişəm. Hər saatda 1 manat 20 qəpik yeyinti olub. Üstəlik, məzuniyyət pulu, “kamandirovka”, 13-cü maaşlar, çörək pulları verilməyib. 5 min volt altında işlədiyimiz üçün əlavə ödənişlər olmalıydı, bunlar belə yeyilib”.

 

Füzuli Yunusov deyir ki, 2007-ci ilin yanvar ayında onu işə buraxmayıblar: “İdarənin rəisi Arif Əsgərova müraciət etmişəm cavab gəlməyib. May ayında məni çağırıblar ki, Arif Əsgərov səni qəbul eədəcək. Ancaq Elyar Muradovla görüşdürüblər. Məni işə bərpa ediblər. İyun ayında bir rels işdə olmuşam. Bir sərnişin tapıblar, guya onun pulunu oğurlamışam. Həmin sərnişində depoya ərizə yazıb. ərizənin bir surətini götürüb hüquq-mühafizə orqanlarına müraciət etmişəm. Deyiblər ki, ehtiyac yoxdur. İyun 22-də Bakı-Moskva qatarında yola çıxmalıydam, 6 sutka iş başında olacaqdm. Müraciət edərək bildirdim ki, ezamiyyət pulunu verməsələr getməyəcəm. Onlarda heç nə ödəmədilər. Mən də işə çıxmadım, ölkə başçısına, Daxili işlər naziri Ramil Usubova, baş prokuror Zakir Qaralova müraciətlər etdim. 2008-ci ilin mart ayında Əlirza Süleymanov qəbul etdi. Avqustun 15-də işə çıxdım. Təıləbimk odur ki, 16 ay onların ucbatından evdə oturmuşm, buna görə mənə çatacaq əmək haqqını ödəsinlər və bir də 10 illik məzuniyyət haqımı. Dəmir Yolda işləmək fikrində deyiləm”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam