Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Cahangir Əsgərov Azad Rəhimova qəzəbləndi - Şok qovğa!

Cahangir Əsgərov Azad Rəhimova qəzəbləndi

 

Gənclər və İdman Nazirliyinin (GİN) Azərbaycanın 4 ağır atletinin orqanizmində yasaqlı maddə (dopinq) aşkarlanması barədə açıqlaması aranı qarışdırıb 

Xeberinfo.com:   Belə ki, Azərbaycan Ağır Atletika Federasiyasının (AAF) prezidenti Cahangir Əsgərov (o, eyni zamanda “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) prezidentidir) açıqlamadan ciddi narazı qalıb. Bu barədə qaynarinfo.az-a məlumatlı mənbədən bildirilib.

Xatırladaq ki, dünən yayılan məlumata görə, Azərbaycanın Olimpiya millisinin Yay Olimpiya Oyunlarına qazandığı lisenziyaların 4-ü alına bilər, yəni komandamız Braziliyaya ağırlıqqaldıranlarsız gedə bilər. Buna səbəb ağır atletlərimizdən Elxan Əliquluzadə, Silviya Angelova, Firudin Quliyev, Valentin Xristov, Dadaş Dadaşbəyli və İntiqam Zairovun orqanizmində istifadəsi qadağan preparat aşkarlanmasıdı.

Ölkəmiz məhz bu idmançıların hesabına ABŞ-ın Hyuston şəhərində keçirilən dünya çempionatında 16-cı yeri tutaraq, Rioya 4 lisenziya əldə etmişdi. Lakin artıq Beynəlxalq Ağırlıqqaldırma Federasiyası dopinq səbəbi ilə 6 atletimizin nəticəsini rəsmən ləğv edib. Bu səbəbdən də ötən ilin sonunda qazanılan lisenziyaların ölkəmizdən alınacağı gözləniləndi.

Elə dünən Azad Rəhimovun nazirliyi bu barədə geniş qaçıqlama verib və açıqlamada baş verənlərə görə məsuliyyət AAF-ın üzərinə qoyulub. GİN-dən yayılan açıqlamada bildirilib ki, dopinqlə mübarizə məqsədi ilə, 10 ildən artıqdır ki, Gənclər və İdman Nazirliyinin nəzdində dopinqlə mübarizə şöbəsi yaradılıb: “Xüsusi olaraq vurğulamaq yerinə düşər ki, Nazirlik MDB ölkələri arasında idmançıların dopinq nümunələrini mütəmadi olaraq yoxlamağa göndərən ölkələr arasında ilk üçlükdədir.

Məlumatda bildirilib ki, ölkəmizdə keçirilən ilk Avropa oyunları zamanı Nazirlik Avropa Olimpiya Komitəsi ilə idmançıların dopinq yoxlamadan keçməsi istiqamətində işlərini yüksək səviyyədə qurmağı bacarıb.

Lakin, bir daha vurğulamaq yerinə düşər ki, idmançıların təlim məşq toplantılarına qatılması, yarışlara ezam olunması baş məşqçi tərəfindən aparılır. Federasiyalar ilk növbədə idmançılar üzərində nəzarəti daha da möhkəmləndirməli, mütəmadi şəkildə idmançıların dopinq müayinələrinin aparılması üçün nazirliyə müraciət etməlidir.

Diqqətə çatdırmaq istərdim ki, biz, nazirlik olaraq öz növbəmizdə bütün federasiyalara dopinq yoxlamaları ilə bağlı yeniliklər, tərkibində dopinq olan yeni dərman ləvazimatlarının siyahısını mütəmadi təqdim edirik. Bütün lazimi işlərin aparılmasına baxmayaraq, əfsuslar olsun ki, bəzi hallarda diqqətsizlik nəticəsində içilən hansısa maye və ya yemək idmançının dopinqə düşməsinə səbəb ola bilər. Bu səbəbdən idmançıları çəkdikləri zəhmətin bəhrəsinin hədər getməməsi məqsədi ilə maksimal dərəcədə diqqətli olmağa çağırırıq. Biz baş verən bu hadisə ilə bağlı çox narahatıq və bu istiqamətdə lazımi tədbirlər görüləcək”.

Göründüyü kimi, GİN dopinq qalmaqalının bütün məsuliyyətini və günahını AAF-ın üzərinə atıb. Elə Cahangir Əsgərovu da qəzəbləndirən bu olub. AZAL “şef”i nazirlikdən məsələ ilə bağlı bu tonda açılqama verilməsini özünə qarşı addım sayır.

Onun belə düşünməyə məcbur edən isə iki oliqarx arasındakı soyuqluqdur. İddialara görə, Əsgərovla Rəhimov arasında münasibətlər uzun müddətdir isti deyil. Səbəbin konkret nə olduğu məlum deyil. Amma versiyalardan biri 2014-cü ildə başqa bir dopinq qalmaqalı zamanı Azad Rəhimovun bu barədə höküməti ən yüksək səviyyədə məlumatlandırdılqdan sonra AAF-ın bir sıra məsul şəxslərinin ciddi cəzalandırılmasıdır. Əldə etdiyimiz məlumata görə, cəzalananlardan biri Cahangir Əsgərovun çox yaxın qohumu olub və federasiyada yüksək post tutub. 

AZAL “şef”i onun AAF-dan qovulmasını istəməsə də, A.Rəhimovun israrları sonda bəhrə verib. Bundan sonra iki oliqarxın münasibətləri xeyli korlanıb. 

Hətta həmin vaxt C.Əsgərovun AAF prezidenti postunu buraxmaq istədiyi də deyilirdi.

Xatırladaq ki, iki il əvvəlki yasaqlı maddə skandalına görə, AZAL prezidentinin rəhbəro olduğu federasiya Beynəlxalq Ağırlıqqaldırma Federasiyası tərəfindən yarım milyon manat (500 min AZN) məbləğində cərimələnmişdi. 

Bu dəfəki dopinq qalmaqalınının və iki iri məmur arasındakı “soyuq savaş”ın necə nəticələnəcəyini isə zaman göstərəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam