Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Daha 3 idmançımızdan növbəti biabırçılıq

Azərbaycan millisinin daha 3 ağırlıqqaldıranı dopinq testdən keçə bilməyib.

 

Xeberinfo.com:   Valentin Xristov (62 kq), Elxan Əliquluzadə (77 kq) və Silviya Angelovanın (48 kq) ardınca Firudin Quliyev (69 kq), İntiqam Zairov (94 kq) və Dadaş Dadaşbəylinin (105 kq) də orqanizmindən götürülən analiz müsbət nəticə verib.

Belə ki, ABŞ-ın Hyuston şəhərində keçirilən dünya çempionatından sonra idmançılarımız növbəti qalmaqalla üzləşib. Rioya 4 lisenziyanı qazanan yığmamızın üzvlərinin bir-bir dopinqdə “ilişməsi” isə vəsiqələrimizi də sual altına alıb.

Yəni 6 ağırlıqqaldıranımızın A testi müsbət nəticələndiyindən B testini gözləmək məcburiyyətindəyik. Əgər bu yenidən təkrarlanarsa, ağırlıqqaldıranlarımız ömürlük diskvalifikasiya olunmaqla yanaşı, Olimpiadadan da kənar qalacaqlar.

Qeyd edək ki, Quliyev mundialda 6-cı, Zairovla Dadaşbəyli 9-cu yeri tutmuşdu. 3 atlet ümumilikdə isə millimizə 45 (20+17+18) lisenziya xalı qazandırmışdı.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam