Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

“Azərinşaatservis” MMC-nin rəhbərliyinin adı dələduzluqda: 100 milyonlar mənimsənilib!

3333

 

Xeberinfo.com:   “Azərinşaatservis” MMC ilə icarə müqaviləsi bağlayıb, pulunu ala bilməyən 2 vətəndaş “AzPolitika.info”ya şikayət məktubu göndərib.

Şikayətçilər – Bakı şəhəri, X.Q.Mustafayev küç. ev 232. ünvanında yaşayan Məmmədova Aybəniz Qərib qızı və Göygöl rayonu Çaykənd kənd sakini Əsgərov Kamal Əhməd oğlu bildirirlər ki, fiziki şəxs kimi, “Azərinşaatservis” MMC-nin icraçı direktoru Orhan Baydarla 15.02.2011-ci il tarixli, 08-AİS-068 saylı və 01 aprel 2011-ci il tarixli 08-AİS-287 saylı, daşınmaz əmlakın icarəsi barədə müqavilə imzalayıblar. Müqavilənin şərtlərinə görə, “Azərinşaatservis” vətəndaşların daşınmaz əmlaklarının icarəsinə görə, müvafiq olaraq 940 (doqquz yüz qırx) və 1174 (min yüz yetmiş dörd) manat aylıq icarəhaqqı ödəməli imiş. İlk aylar ödənişlər “Parabank ASC”-nin Yasamal filialındakı hesablara normal ödənilb.  Lakin 22 iyul 2015-dən sonra bu ödəmələr dayanıb. Rəhbərlik ödənişləri həyata keçirəcəyinə söz versə də, 18 200 AZN qalıq pulun ödənilməsini qeyri-müəyyən səbəblərdən ödəməkdən imtina edir.

Şikayətçilər yazırlar ki, “Azəryolservis”in ictimaiyyətlə əlaqələr üzrə əməkdaşı Anar Nəcəfli onlarla söhbətdə təsdiq etdi ki, “Azəryolservis” “Azərinşaatservis” MMC-yə müqavilə üzrə gördürdüyü bütün işlərə görə ödənişləri həyata keçirib. “Belə olduğu halda sual yaranır ki, bəs nə üçün fiziki şəxslərlə bağlanmış müqavilədə göstərilən öhdəliklərə “Azərinşaatservis” MMC tərəfindən əməl olunmur? Bu dələduzluqdur”, deyə şikayətçilər bildirirlər.

1465391396_0001

Məktub müəllifləri müvafiq dövlət orqanlarından xahiş edirlər ki, müqavilə öhdəliklərinin yerinə yetirilməsi üçün “Azərinşaatservis” MMC-nin rəhbərliyi barədə qanunauyğun tədbirlər görülsün. Məktubda həmçinin “Azərinşaatservis” MMC-nin Azərbaycanda sifarişlər əsasında gördüyü işlərlə bağlı geniş korrupsiya əməllərinə yol verildiyi qeyd edilir: “Gəndob-Xaçmaz-Yalama-Rusiya avtomobil yolunun sement-beton örtüklə layihələndirilməsi və paralel olaraq tikintisi üzrə işlərin görülməsi məqsədi ilə Maliyyə Nazirliyindən “Azəryolservis” ASC-yə 253 milyon manat vəsait köçürülüb. Lakin həmin məbləğdən bu günə qədər “Azərinşaatservis” MMC-nin hesabına yalnız 170 milyon 166 min 655 manat (ƏDV ilə birgə) köçürülüb. Qalan 82 milyon 833 min 345 manat isə “Azərinşaatservis” MMC-nin hesabına daxil olmayıb. “Azərinşaatservis” MMC-nin rəhbəri Bülənt Karani “Azəryolservis” ASC-nin zəmanət məktubu ilə həmin ərəfədə, yəni 2010-cu il sentybarın 9-da 10 milyon manat, noyabrın 11-də 9,5 milyon manat, noyabrın 19-da isə 15 milyon manat kredit alıb.

Pul manat dfollar_3

Həmin məbləğləri dərhal Kapital Bankın “Rabitə” filialında nağdlaşdırıb. Kreditlər alındıqdan bir neçə gün sonra “Azəryolservis” ASC həmin məbləği banka geri ödəyib. “Azəryolservis” ASC-nin keçmiş rəhbərliyi kredit üçün ödənilmiş ümumilikdə 34,5 milyon manatın Xaçmaz layihəsinə aid olduğunu və qeyd olunan 253 milyon manatdan ödənildiyini iddia edir. Lakin “Azəryolservis” ASC zamin kimi çıxış etsə belə, kredit borcu “Azərinşaatservis” MMC-nin hesabına köçürülməli və oradan ödənilməli idi.

Məlumata görə, kredit yolu ilə vəsaitin nağdlaşdırılmasının əsas səbəbi 5 mln. ƏDV-dən yayınmaq olub. Həmin vəsait layihə üzrə “Azərinşaatservis” MMC-yə köçürülərək, nağdlaşdırılardısa, dövlətə 5 milyon manat ƏDV ödənilməli idi. “Azəryolservis” ASC-nin keçmiş rəhbərliyi 253 milyon manatdan qalan 48,3 mln vəsaitin Xaçmaz layihəsi üçün “Azəryolservis” ASC-nin 1 saylı İdarəsinə köçürüldüyünü bildirir.

Həmin dövrdə 1 saylı İdarənin rəisi olmuş, hazırda “Azəryolservis” ASC-nin sədri vəzifəsini icra edən Saleh Məmmədov isə bildirib ki, bu miqdarda vəsait idarəyə köçürülüb, lakin həmin vəsaitin təyinatı ölkə daxili yolların saxlanılması və təmirindən ibarətdir. Onun sözlərinə görə, bu vəsaitin Xaçmaz layihəsinə yönəldilməsi mümkünsüzdür. Eyni zamanda məlum olub ki, Bülənt Karani şirkətə rəhbərlik etdiyi dövrdə Xaçmaz layihəsi üzrə 122 milyon manat vəsait daxil olub.

Bülənt Karani şirkəti təhvil verərkən, görülmüş işlər 93 milyon manat miqdarında göstərilib. Lakin aparılmış audit yoxlaması nəticəsində ümumilikdə 74 milyon manat miqdarında işin görüldüyü və nəticədə 48 milyon manat vəsaitin mənimsənildiyi məlum olub. Ümumilikdə 253 milyon manat vəsaitdən 130 milyon AZN-dən artıq vəsait mənimsənilib.

maliyye_1335856045_maliyye_nazirliyiBununla yanaşı məlum olub ki, Xaçmaz layihəsinin başlanılması üçün “Azərinşaatservis” MMC-yə 118 milyon 801 min 678 manat avans ödənilməli idi. Maliyyə Nazirliyi həmin avansın ödənilmədiyini bildirsə də, şirkətdən 22 852 983 manat avansdan geri tutulma olub. Avans barədə Maliyyə Nazirliyi rəsmi məlumat verməməklə, ödənilən vəsaitin mənimsənildiyini gizlətməyə çalışır.

Məlumatların təhlili göstərir ki, Maliyyə Nazirliyinin dəstəyi olmadan qeyd olunan maliyyə əməliyyatlarının həyata keçirilməsi mümkün deyil. Belə ki, dövlət büdcəsindən ayrılmış bütün xərclər və ödəmələr Maliyyə Nazirliyinin birbaşa nəzarəti altında həyata keçirilir və vaxtaşırı yoxlamalar aparılır, rüblük və illik hesabatlar tərtib olunur. Qanunsuz olaraq xərclərin təyinatının dəyişdirilməsi və bir ay müddətində lüzumsuz olaraq 34,5 mln manat kreditin alınması, nağdlaşdırılması və qaytarılması, ayrılmış məqsədli vəsaitin kredit borclarının ödənilməsinə yönəldilməsi Maliyyə Nazirliyinin razılığı olmadan qeyri-mümkündür.
Hazırda DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində aparılan araşdırma prosesinə maliyyə məsələlərinin yoxlanılması üçün Maliyyə Nazirliyinin ekspertləri cəlb olunub. Qeyd olunan qurum məsələdə maraqlı tərəf olduğundan cəlb olunmuş mütəxəssislər vəsaitlərin mənimsənilməsi məsələsini araşdırmır və cinayət əməllərini gizlədirlər. Qeyd olunan külli miqdarda mənimsəmə faktları yalnız Xaçmaz layihəsinə aiddir.”

1341
Qeyd edək ki, “Azərinşaatservis” MMC 2003-cü ildə iki yerli şirkət tərəfindən (həmin şirkətlərin adları açıqlanmır – müəl.) təsis edilib. Şirkət əsasən avtomobil və dəmir yollarının tikintisi istiqamətində fəaliyyət göstərib. “Azərinşaatservis” MMC-nin fəaliyyəti ilə bağlı məlumatlar onun oliqarxlardan birinə bağlı olduğuna şübhə yeri qoymur. Elə şirkətlə bağlı qeyri-rəsmi məlumatlarda da “Azərinşaatservis” MMC-nin nəqliyyat naziri Ziya Məmədovun ailə şirkəti olduğu bildirilirdi.

Məhz bu səbəbdən də “Azərinşaatservis” MMC əsas fəaliyyət dairəsi olan avtomobil və dəmiryolu tikintisində bütün növ xidmətləri öz imkanları hesabına həyata keçirir. Belə ki, bu yolların tikintisində lazım olan bütün məhsullar “Azərinşaatservis”in balansındakı asfalt zavodlar, beton zavodlar, qum-çınqıl karxanaları, təhlükəsizlik sədləri və qalvaniz zavodu, şpal zavodu, yol nişanları sexi və ön-görməli beton tirlər zavodunda istehsal edilir.

Qeyd edək ki, ölkədə bir çox yol tikintisi lahiyələrinin “Azərinşaatservis” MMC-yə verilməsinin səbəbi də onun nazirin ailə şirkəti olması ilə bağlanır. Məsələn, büdcədən böyük miqdarda pul ayrılan “Bakı dairəvi şose yolu”nun tikintisi “Azərinşaatservis” MMC tərəfindən həyata keçirilib.

8d7b8469-4d44-472c-bb8b-f4e5a9f40ee3_tv
Bundan əlavə, Hacıqabul-Kürdəmir avtomobil yolu və Ələt-Astara avtomobil yolunun 22 km hissəsinin tikintisi, Ələt-Masallı avtomobil yolunun 0-9 km hissəsinin yenidənqurulması, Yevlax-Gəncə Avtomobil yolunun 4 hərəkət zolağına genişləndirilməsi, Axalkalaki-Kartsaxi (Türkiyə sərhəddi) dəmiryolunun tikintisi və sair layihələr də sözügedən şirkətə həvalə olunub.
Ziya Məmmədovun əlaqələri sayəsində “Azərinşaatservis” MMC Gürcüstanda da bir neçə iri layihələrin “qalibi” olub. Şirkət qonşu respublikada Sulda-Karsaki-Türkiyə sərhəddi və Teleti-Koda-Asureti avtomobil yollarının tikintisi layihələrini də həyata keçirmək hüququ qazanıb.

Ziya Məmmədovun uzun illər həm də bu şirkəti vasitəsilə dövlət təminatı ilə alınan xarici kreditləri və büdcə pullarını göyə sovurduğuna dair iddialar var. Məsələn, bu şirkətin həyata keçirdiyi  Bakı-Şamaxı-Muğanlı yoluna Dünya Bankı 37 milyon 500 min manat kredit ayırıb. Masallı-Astara avtomobil yolunun 22-ci kilometrliyinə qədər çəkilməsinə isə təkcə Asiya İnkişaf bankı 108 milyon manat ayırıb.

1446212693_cel1

Onu da qeyd edək ki, Ziya Məmmədovun bir çox səlahiyyətləri əlindən alındıqdan sonra “Azərinşaatservis” MMC-nin də maliyyə vəziyyəti ağırlaşıb. Şirkətin 1000-dən artıq işçisi  5-6 aylıq maaşlarını ala bilmədiklərinə görə dəfələrlə aksiyalar keçiriblər.   

Bəzi məlumatlara görə, şirkət Beynəlxalq Banka olan kredit borclarını ödəyə bilmədiyindən bankın keçmiş sədri Cahangir Hacıyevin nəzarətinə keçib. Beynəlxalq Bank qalmaqalından sonra həbs olunan iş adamları arasında “Azərinşaat”ın rəhbərinin də olduğu deyilir.




Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam