Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Cahangir Hacıyevə görə “fəhlə üsyanı”

 

Oktyabrın 29-da Bakıda yüzlərlə fəhlənin etiraz aksiyası keçirməsi haqda xəbər vermişdik. Fəhlələr əvvəlcə işçiləri olduqları “Azərinşaatservis” MMC-nin Bakıdakı ofisi qarşısına toplaşmışdılar. Daha sonra isə piyada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısına gəlmişdilər. Son 5 ay ərzində maaş ala bilməyən fəhlələr haqlarını tələb edirdilər. 

 

Xeberinfo.com:   Məlumata görə, Nazirlikdən fəhlələrə bildirdilər ki, noyabrın 3-də onları nazir Səlim Müslümov qəbul edəcək.

 

Fəhlələr nazirlikdən verilən vədlə razılaşmayaraq, Prezident Administrasiyasının qarşısna yollanmaq istədilər. Fəhlələrin bu istəyinə “yox” deyən polis əməkdaşları ara küçədə fəhlələrin qarşısını kəsdi. Onlardan 3 nəfəri Yasamal Rayon Polis İdarəsinin rəisi Əkbər İsmayılovun qəbuluna aparıldı. Digər fəhlələri isə MMC-nin ofisinə göndərildilər.

 

Musavat.com xəbər verir ki, fəhlələrin əksəriyyəti rayonlarda çalışır. Oktyabrın 29-da keçirilən aksiyada Lənkəran, Masallı, Yevlax, Sabirabad və Cəlilabaddan gələn fəhlələr də iştirak edirdilər.

 

Ümumilikdə “Azərinşaatservis” MMC-də 1500 nəfər çalışır. Onların heç biri son 5 ay rəzində maaş almayıb. 

 

“Azərinşaatservis” MMC-in çöküşünün səbəbi nə oldu?

Beynəlxalq Bankın rəhbəri Cahangir Hacıyevin vəzifəsindən uzaqlaşdırılması bu MMC-nin çöküşünə səbəb oldu. C.Hacıyevin işdən çıxarılmasının səbəbi xeyli sayda iş adamının Beynəlxalq Bankdan milyonlarla dollar kredit götürməsi və geri qaytarmaması idi. 

 

C.Hacıyev vəzifədən uzaqlaşdırıldıqdan sonra bir neçə oliqarx və iş adamı həbs edildi. Onlar Beynəlxalq Bankdan C.Hacıyevlə olan yaxın münasibətlərindən istifadə edərək, milyonlarla dollar kredit götürmüşdülər. “Beynəlxalq Bank işi”nə görə həbs edilənlər arasında MMC-nin rəhbəri Mehdi Əliyev də var. Mehdi Əliyev “Beynəlxalq Bank işi” ilə bağlı başlanılan həbslər zamanı bu ilin may ayında həbs edildi. Onun haqqında 4 aylıq həbs-qətimkan tədbiri seçilib. 

 

M.Əliyev Cahangir Hacıyevin yaxın adamı idi. MMC-nin qeyri-rəsmi rəhbəri Cahangir Hacıyev olub. M.Əliyev isə sadəcə, sənəd üzərində rəhbər şəxs kimi göstərilib. Həbs edilən də elə Mehdi Əliyev olub. O, Beynəlxalq Bankdan 500 milyon dollar kredit götürdüyü və ödəmədiyi iddiası ilə həbs edilib. 

 

M.Əliyev DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs edilib. O, həbs edildikdən sonra Türkiyə vətəndaşı olan Məhəmmədəli Arkan MMC-yə rəhbərlik edib. M.Arkan MMC-də işlərin qaydasında olmadığını görüb və ölkədən qaçıb. M.Arkan Azərbaycanı müalicə adı ilə tərk edib və Türkiyəyə gedib. Bu ərəfədə fəhlələr maaş almasa da, işlər davam edirmiş. Fəhlələrə yaxın günlərdə maaşların veriləcəyi vəd olunub.

 

M.Arkanın da ölkədən qaçması ilə MMC-nin rəhbəriliyinə avqust ayında Əli Əlişov gətirilib. Əli Əlişov əvvəl M.Əliyevin müavini olub. Sentyabrın 18-də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs edilib. Ə.Əlişov həbs edilərkən MMC-nin sənədləri və möhürü də aparılıb. Belə olan halda işçilər həm maaş ala bilmir, həm də işdən çıxa bilmirlər.

 

Hər gün onlarla maaş ala bilməyən işçilər rayonlardan Bakıya gəlir. MMC-nin ofisində toplaşan fəhlələr maaşlarını alacaqlarına ümid edirlər. Bu gün - oktyabrın 30-da Gəncədən, Bərdədən onlarla fəhlə Bakıya gəlib. 

 

Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları maaş ala bilməyən şirkət işçilərinin siyahısını hazırlayıblar. Əldə etdiyimiz məlumata görə, oktyabrın 29-da keçirilən aksiyadan sonra məsələyə daxili işlər naziri Ramil Usubov da müdaxilə edib və məsələnin qısa zamanda həll edilməsi üçün göstəriş verib.

 

Əldə etdiyimiz başqa bir məlumata görə, hazırda maaş ala bilməyən 1500 nəfər üçün ödənilməli olan 4 aylıq əmək haqqı 2 milyon 308 min manatdır. Oktyabr ayını da nəzərə alsaq, MMC-də çalışan fəhlələrin əmək haqqısını ödəmək üçün 3 milyon manatdan çox pul lazımdır.

 

Musavat.com

 

 






Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam