Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Kərəm Həsənov niyə “vurulur”? - Təfərrüatlar

 

Məlum olduğu kimi, Prezident İlham Əliyevin az öncə imzaladığı "Dövlət əmlakının özəlləşdirilməsi prosesinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında”  fərmanı ilə  Əmlak Məsələləri Dövlət Komitəsinin prosesdən kənarda saxlaylıb.

Xeberinfo.com:   Belə ki, adıçəkilən fərmana əsasən, bundan sonra Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsi Prezidentin qərarları ilə həyata keçiriləcək.

Xatırladaq ki, bu fərmana qədər özəlləşdirmə prosesi Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həyata keçirilib.

Maraqlıdır, prezident niyə yeni sərəncamıyla Kərəm Həsənovu "oyundankənar” vəziyətdə qoydu? Bu, ona olan etimadın zəifləməsidir, yoxsa burada özələşdirmə proseslərində yol verilən qanun pozuntuları, rüşvət, korrupsiya, qrup oyunları və sair məqamların təsiri varmı?

Bu və ya digər məsələlərlə bağlı Mia.az-a daxil olan məlumata görə, Kərəm Həsənovun özəlləşdirmə prosesində dövlətin ümdə maraqlarını təmin edə bilmədiyi göz önündədir və bunu Prezident İlham Əliyev yanvar ayında keçirdiyi müşavirədə də dilə gətirib:

"Xatırlayırsınızsa, həmin müşavirədə prezident İlham Əliyev beynəlxalq ekspertlərin iştirakı ilə geniş özəlləşdirmə proqramının hazırlanması barədə tapşırıq verdi və dedi ki: "Biz həm xarici, həm yerli investorları bu işə cəlb etməliyik. Hələ ki, Azərbaycanda bir çox özəlləşdirilməmiş müəssisələr var və onların fəaliyyəti dayanıbdır. Bəzi hallarda bu müəssisələr yarıdağılmış vəziyyətdədir, onların çox böyük torpaq sahələri var”.

Prezident Əliyev onu da bildirdi ki, biznes mühitini yaxşılaşdırmaq və iqtisadi canlanmanı sürətləndirmək üçün mütləq geniş özəlləşdirmə proqramı həyata keçirilməlidir: "Bu proqram tam şəffaf keçirilməlidir, beynəlxalq ekspertlər bu işə cəlb olunmalıdır. Yerli və xarici investorlar üçün elə şərait yaratmalıyıq ki, onlar böyük maraqla, həvəslə vəsait qoysunlar. Nəzərə alsaq ki, Azərbaycanın uzunmüddətli uğurlu inkişafı heç bir investorda şübhə doğurmur, Azərbaycan iqtisadiyyatı dayanıqlı şəkildə inkişaf edəcək”.

Bəli, hazırkı iqtisadi durum böyük özəlləşdirməni vəd edir. Onunşün də yeni fərmana ehtiyac duyuldu və bu zaman bir neçə aspekt nəzərə alınaraq Kərəm Həsənov kənarda saxlanıldı. 

Diqqətçəkən məqamlardan biri də odur ki, hələ yeni özəlləşdirmə proqramının detalları ilə bağlı ictimaiyyətə məlumat verilməyib. Prezidentin son fərmanı və özəlləşdirmə prosedurlarının dəyişdirilməsi yaxın vaxtlarda real olaraq geniş özəlləşdirməyə start veriləcəyini söyləməyə imkan verir. İstisna deyil ki, indiyə qədər qorunan bir çox dövlət müəssisələri  də özəlləşdiriləcək.  Hətta "Azərsu” ASC, "Azərişıq” ASC,  "Azəriqaz” İstehsalat Birliyi,  dövlət nəzarətində olan digər böyük səhmdar cəmiyyətlərinin, böyük səhiyyə, emal, nəqliyyat, xidmət müəssiələrinin, zavodların və s.  özəlləşdiriləcəyi istisna olunmur.

Əmlak Məsələləri Dövlət Komitəsinin məlumatlarından aydın olur ki, hazırda Azərbaycanda 6220-dən çox səhmdar cəmiyyəti, dövlət müəssisəsi və təşkilatı var. 

İqtisadiyyat Nazirliyinin məlumatına görə isə, 2016-cı ilin 1 yanvar tarixinə kimi qeydiyyata alınmış 100 325 hüquqi şəxsin 10646-sı dövlət mülkiyyətinə, 87985-i xüsusi mülkiyyətə (onlardan 5781-i tam xarici investisiyalı, 1850-si birgə müəssisə), 1694-ü isə bələdiyyə mülkiyyətinə mənsub olub.

Göründüyü kimi, geniş özəlləşdirmə üçün çox böyük potensial var. Şübhəsiz ki, böyük özəlləşdirmə mütləq və mütləq siyasət, siyasi qərarların verilməsi deməkdir. Qarşıdakı bu prosesin hansı formada keçiriləcəyi, bölgü və mülkiyyətçilərin müəyyənləşməsi fövqəladə dərəcədə vacibdir. Bu cür vacib məsələlər,  prosesin texniki tərəfdən aparılması belə, Kərəm Həsənova etibar edilə bilməzdi. Yaxud K.Həsənov prosesi kənar müdaxilələrsiz aparmaq gücündə olmazdı. Böyük özəlləşdirmə ilə bağlı  qərarları birbaşa Prezidentin özünün verməsi isə hakim komanda, xarici investorlar üçün də aydın siqnal sayıla bilər. Bütün maraqlı tərəflərə mesaj verildi ki, bu məsələdə əsas arbitir və qarant dövlət başçısı özü olacaq və prosesə şəxsən nəzarət edəcək. Hələlik ilk görünən və ağlabatan versiya bu olsa da, mənə görə Kərəm həsənovun kənarda saxlanılmasında digər mühüm faktorlar da var”.

Məlumata görə, ləğv edilən MTN-nin sabiq rəhbərliyinin qanunsüz əməlləri barədə indiyədək yazılanlardan görünür ki, komitə sədri Kərəm Həsənov da Eldar Mahmudovun məlum şəbəkəsi ilə yaxın olub:"Xatırlayırsınızsa, komitənin əməkdaşlarından biri də Kərəm Həsənovun Eldar Mahmudovun şəbəkəsiylə əlbir olması və qanunsuz həbslər həyata keçirtməsi, hətta  mətbuatda barəsində dərc olunan kompromatların daxildən kim tərəfindən necə sızıdrılmasının dəqiqləşdirmək üçün Eldar Mahmudov və onun bu gün həbsdə olan generallarının "xidmət”indən gen-bol yararlanıb. Kərəm Həsənovun bu şəbəkəylə işbirliyi o qədər dərin olub ki, o, hətta DYP sistemində işləyən qohumlarını da MTN-də işə düzəldib. Qayınatasının, qardaşının və digər qohumlarının MTN-də necə və kimin təqdimatıyla işə alınmalarını araşdırmaq bu fikiri daha da qüvvətləndirir. Mənə görə, Kərəm Həsənovun böyük özəlləşdirmə prosesindən kənarda saxlanılmasının əsas səbəblərinə bu faktorlar da daxil olub”.

Məlumatda o da qeyd olunur ki, MTN-nin generallarının həbs edildiyi ərəfələrdə, daha dəqiqi, son özəlləşdirmə fərmanına qədər səksəkədə olan Kərəm Həsənov bu müddət ərzində həm iqtidardaxili rəqiblərinin, həm də mediadan qorunmaq üçün də "ağıllı taktika” işlədib: "O, deputat qardaşı Malik Həsənovun vasitəsiylə Milli Məclisin media cameəsində hörmət sahibi olan deputatlarından birinin xahiş-minnətləri ilə son 6-7 ayda adının MTN işiylə birgə hallandırılmasını ciddi şəkildə önləyə bildi. Bununla özünü hakimiyyətdaxili qrupların həm də diqqətindən yayındımaqla, xeyli rahat nəfəs almış olsa da, məncə, o, təhlükədən tam sovuşmuş deyil. Düşünürəm ki, Kərəm Həsənovun məşəqqətli günləri qabaqadadır. Bunun işartıları da Prezidentin son fərmanı ilə artıq görünməkdədir”. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam