Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Kərəm Həsənov, Fərhad Əliyevin aqibətini yaşayacaq

Kərəm Həsənov, Fərhad Əliyevin aqibətini yaşayacaq

 

Adının "MTN işi"nə bulaşması Kərəm Həsənovu bitirir
 
 
Xeberinfo.com:   Əmlak məsələləri üzrə dövlət komitəsinin sədri Kərəm Həsənov da nəqliyyat nazirinin taleyini yaşaya bilər.
Artıq bu istiqamətdə ilk addım atılıb. Prezident İlham Əliyev dünən "Dövlət əmlakının özəlləşdirilməsi prosesinjn təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” fərman imzalayıb. Bu fərman özəlləşdirilmənin yeni qaydalarla həyata keçirilməsinin əsaslarını müəyyən edib. Bundan sonra Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsi prezidentin qərarları ilə həyata keçiriləcək. Bu fərmanla faktiki olaraq Kərəm Həsənovun səlahiyyətləri əlindən alınır.
Bəzi iddialara görə, bu addımın kökündə Kərəm Həsənovun adının "MTN işi”nə bulaşması dayanır. Qeyd edək ki, mətbuatda Kərəm Həsənovun keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov və onun şəbəkəsi ilə işbirliyi barədə sensasion məlumatlar yayılmışdı. Bu məlumatlar nə təkzib, nə də təsdiq olunub. Bildirilir ki, Kərəm Həsənov da bir müddət Ziya Məmmədov kimi portfelsiz məmur olacaq.
Başqa məlumatlarda isə bildirilir ki, bu fərman hakimiyyətin hazırlaşdığı böyük özəlləşmə ilə bağlıdır. Bildirilir ki, maliyyə böhranından çıxmaq üçün hakimiyyə "Azərsu” ASC, "Azərbaycan Dəmir Yolları” QSC, "Azərenerji” ASC, «Azərbaycan Televiziya və Radio Verilişləri» QSC kimi iri müəssisələri özəlləşdirməyə çıxarmaq barədə düşünür.
Görünən budur ki, hakimiyyət bu prosesdə isə Kərəm Həsənova etimad göstərməyə ehtiyat edir. 
Xalqxeber.az

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam