Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Azəriqaz” ləğv olunur?

“Azəriqaz” ləğv olunur?

Natiq Cəfərli: “Çox güman ki, qurum tamamilə ləğv ediləcək və funksiyaları bölüşdürüləcək”; İbrahim Kərbəlayev: ““Azəriqaz”ın yalnız və yalnız mənzillərə texniki baxış keçirmə işini adıçəkilən qurumlara veriblər”.

 

Xeberinfo.com:   “Azəriqaz” İstehsalat Birliyinin səlahiyyətlərinin bir qismi Fövqəladə Hallar Nazirliyi (FHN) və Energetika Nazirliyi (EN) arasında bölüşdürülüb. Baş nazir Artir Rəsi-Zadənin imzaladığı qərara əsasən, bu gündən etibarən birliyin qaz kəmərlərinə və cihazlarına texniki xidmət sahəsi öz fəaliyyətini dayandırıb. Qurumun işçiləri isə struktura daxil olan digər bölmələrdə müvafiq işlərlə təmin edilib.

Nazirlər Kabinetinin “Qazdan istifadə Qaydaları”nda dəyişikliklər edilməsi barədə müvafiq qərarından sonra xidmətə nəzarət Fövqəladə Hallar Nazirliyi və Energetika Nazirliyinə verilib. Yəni mənzillərə texniki baxışın keçirilməsi “Azəriqaz” tərəfindən deyil, qeyd edilən nazirliklər tərəfindən aparılacaq. Bura qaz avadanlıqları, tüstü bacaları və s. nəzarət daxildir".
“Qazdan istifadə Qaydaları”nda dəyişikliyə əsasən, FHN-in və EN-in səlahiyyətli nümayəndələri istehlakçını 5 iş günü əvvəl məlumatlandırmaqla qazdan səmərəli istifadəni, məişət qaz qurğularının təhlükəsiz və etibarlı istismar edilməsini təmin etmək məqsədilə həmin qurğulara, tüstü bacalarına və qazpaylayıcı şəbəkəyə altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməlidirlər.
"Azəriqaz" İstehsalat Birliyinin bu səlahiyyətlərinin alınması və başqa qurumlara verilməsi birmənalı qarşılanmayıb. Bəzi ekspertlər bunu “Azəriqaz”ın yaxın günlərdə ləğv edilməsinin, səlahiyyətlərinin müvafiq nazirliklər arasında bölüşdürülməsinin başlanğıcı kimi qiymətləndiriblər. 
 
İqtisadçı ekspert Natiq Cəfərli “Yeni Müsavat”a açıqlamasında qurumun özəlləşdirilməsini daha məqsədəuyğun hesab etdiyini bildirib: “Əslində bunun yerinə özəlləşməyə gedilsə idi, daha yaxşı olardı. Hökumət çalışmalıdır ki, öz üzərində olan xərclərin bir hissəsini azaltsın. Əgər həmin xərclər yenidən digər bir quruma ayrılacaqsa, o zaman bu ciddi bir struktur dəyişikliyi demək deyil. struktur dəyişikliyi o ola bilər ki, bu qurumlar hissə-hissə uzunmüddətli idarəyə verilsin və ya özəlləşdirilsin. Bu zaman  həm dövlət büdcəsinin yükü azalardı, həm də idarəetmədə bir yenilik olardı”. 
 
İqtisadçının sözlərinə görə,  bu struktur dəyişikliyindən sonra həmin idarənin qalması çox yersiz görünür:“Çox güman ki, tamamilə ləğv ediləcək və funksiyaları bölüşdürüləcək. Lakin həmin funksiyaların lazımınca yerinə yetirilməsi üçün daha effektiv bir idarəetmə qurulacaqmı? Bu, sual doğurur. Əslində mənim düşüncəmə görə, belə struktur dəyişikliklərindənsə köklü islahatlar, mümkün olduğu qədər özəlləşdirmə və ya uzunmüddətli icarəyə verilmə daha məqsədəuyğun olardı. 
 
"Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayev isə “Yeni Müsavat”a açıqlamasında qurumun yalnız mənzillərə texniki baxış səlahiyyətinin başqa nazirliklərə verildiyini qeyd etdi: “Bu Nazirlər, Kabinetinin ayın əvvəlində verilmiş qərarı idi. ”Azəriqaz"ın yalnız və yalnız mənzillərə texniki baxış keçirmə işini adıçəkilən qurumlara veriblər. Başqa heç bir səlahiyyətlər alınmayıb. Həmin qaz kəmərlərinə və cihazlarına texniki xidmət sahəsinin əməkdaşlarından isə heç biri ixtisara düşməyib". 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam