Redaktor seçimi
Sumqayıt "qohum-əqrəba" şirkətlərin yaşıllıq meydanına çevrilib-
Bu kadrı Zaur Mikayılovun adından sui-istifadə edir?! -
Saleh Məmmədovun oliqarx işçisi - Bəhruz Lalayev iş adamıdır, yoxsa dövlət işçisi? -
Məmur İntiqam Məmmədovun “topdağıtmaz” sərvəti -
Balababa Rzayevi niyə “tok vurdu”?! –
Azərbaycan Dövlət Aqrar Universiteti rektorun özəl hissləri ilə idarə olunur – 
Cavid Qurbanovun əmisi oğlu niyə ölkədən qaçıb?! -
Gəncə şəhər stadionunun tikintisi mərhum nazirin oğlunun iş ortağına tapşırılıb -
Günün xəbəri

Rövnəq Abdullayev də Ziya Məmmədovun taleyini yaşayacaq?

 

«Azəriqaz»ın səlahiyyətləri iki nazirlik arasında bölüşdürüldü

Xeberinfo.com:   “Azəriqaz” Istehsalat Birliyinin səlahiyyətlərinin bir qismi Fövqəladə Hallar Nazirliyi (FHN) və Energetika Nazirliyi (EN) arasında bölüşdürülüb.

Azəriqaz” IB-dən daxil olan məlumata görə, baş nazir Artur Rəsizadənin imzaladığı qərara əsasən, mayın 24-dən etibarən Birliyin Qaz kəmərlərinə və cihazlarına texniki xidmət sahəsi öz fəaliyyətini dayandırıb. Qurumun işçiləri isə struktura daxil olan digər bölmələrdə müvafiq işlərlətəmin edilib.

Azəriqaz” IB-nin mətbuat xidmətinin rəhbəri Ibrahim Kərbalayev faktı təsdiqləyib. O bildirib ki, heç bir işçi ixtisar olunmayıb: “Qaz kəmərlərinə və cihazlarına texniki xidmət sahəsinin əməkdaşları mütəmadi olaraq mənzillərə texniki baxış keçirib. Təkcə ötən ayərzində əməkdaşlarımız tərəfindən 78 534 mənzilə texniki baxış keçirilib.

Nazirlər Kabinetinin “Qazdan istifadə Qaydaları”nda dəyişikliklər edilməsi barədəmüvafiq qərarından sonra xidmətə nəzarət Fövqəladə Hallar Nazirliyi və Energetika Nazirliyinə verilib. Yəni, mənzillərə texniki baxışın keçirilməsi “Azəriqaz” tərəfindən deyil, qeyd edilən nazirliklər tərəfindən aparılacaq. Bura qaz avadanlıqları, tüstü bacaları və s. nəzarət daxildir”.

Qazdan istifadə Qaydaları”nda dəyişikliyə əsasən, FHN-in və EN-in səlahiyyətli nümayəndələri istehlakçını 5 iş günü əvvəl məlumatlandırmaqla qazdan səmərəli istifadəni, məət qaz qurğularının təhlükəsiz və etibarlı istismar edilməsini təmin etmək məqsədi ilə həmin qurğulara, tüstü bacalarına və qazpaylayıcı şəbəkəyə altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməlidirlər.

Həmçinin, baş verən yanğının və ya qaz sızmasının qarşısının alınması və digər qəza işlərinin görülməsi halları istisna olmaqla, digər hallarda istehlakçı FHN-in və EN-in səlahiyyətli nümayəndələrini, onların təmsil etdiyi orqanın qazlaşdırılmış əraziyə və (vəya) yaşayış sahəsinə daxil olmaq icazəsi və səbəbi haqqında yazılı sənədin əslini vəxidməti vəsiqələrini təqdim etdikləri təqdirdə, texniki baxışın keçirilməsi üçün ona məxsus qazlaşdırılmış obyektə daxil olmasını təmin etməlidir.

FHN-in və EN-in səlahiyyətli nümayəndələri texniki baxışın nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməlidirlər. Istehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir.

Bəzi iddialara görə, bu addım neft şirkətinin prezidenti Rövnəq Abdullayevi zəiflətmək üçün başlanan prosesin tərkib hissəsidir. Qeyd edək ki, Rövnəq Abdullayev fəaliyyətində yol verdiyi ciddi “ÇP”lərə görə ona olan etimadı sarsıdıb. Günəşli yatağında baş vermiş partlayış, SOCAR-ın əsaslı kapital qoyuluşu idarəsinin rəis müavini Qiymət Mehdiyevin adı hallanan villa qalmaqalı, Rövnəq Abdullayevin oğlunun Istanbulda polislər tərəfindən saxlanılması və s. bu kimi olaylar SOCAR prezidentini hakimiyyət daxilində hədəfə gətirib. Bəzi iddialara görə, Rövnəq Abdullayev dənəqliyyat naziri Ziya Məmmədovun aqibətini yaşaya bilər.

Azadliq.info


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam