Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Qarabağ münaqişəsinin hərbi yolla həlli ola bilməz“

 

"ABŞ Dövlət Departamenti iyulun 31-dən bəri Qarabağ cəbhəsində artan gərginlikdən dərin narahatdır, hər iki tərəfdən ölənlərin ailələrinə başsağlığı verir və tərəfləri bir daha atəşkəsə riayət etməyə çağırır”

 

"Xeberinfo.com" ABŞ Dövlət Departamentinin saytına istinadən xəbər verir ki, bunu qurumun rəsmi nümayəndəsi Cennifer Psaki keçirdiyi son brifinqdə deyib.
 
C. Psaki bildirib ki, bu münaqişənin hərbi həlli ola bilməz: “Qarşıdurma və ölümlərin davam etməsi yalnız sülh danışıqlarını çətinləşdirməyə xidmət edəcək. Biz ATƏT-in Minsk Qrupunun həmsədri olaraq Dağlıq Qarabağ münaqişəsinin sona çatması üçün bütün tərəflərə dəstək verməyə çalışmışıq. Mən bu məsələ ilə bağlı komandamızla danışdım, bizim mövqeyimiz belədir ki, mövcud problemin həlli üçün dialoqların təşkilində hər cür səy göstərməyə, yardımçı olmağa həmişə kimi hazırıq”.
 
C. Psaki Azərbaycan və Ermənistan prezidentlərinin ABŞ-da görüşəcəyi və danışıqların növbəti raunduna Vaşinqtonun rəhbərlik edəcəyi barədə bir ay əvvəl amerikalı həmsədr Ceyms Uorlikin bəyanatından sonra prezidentlərin Rusiyanın Soçi şəhərində görüşəcəyinə dair xəbəri də şərh edib: “Rusiya da gərginlikdən narahatlığını ifadə edib. ABŞ-da görüşün rəsmi olaraq planlaşdırılmasından məlumatım yoxdur, bu barədə bizə bildirilməyib. Prezidentlərin görüşü barədə məlumatlar sadəcə şayiə də ola bilər”.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam