Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

AzTV-nin sədri Qulu Məhərrəmlini həbs etdirmək istəyir?

AzTV-nin sədri Qulu Məhərrəmlini həbs etdirmək istəyir?

 

 

Azərbaycanda televiziyanın kütləvi yayıma başlamasının 60 illiyi ilə bağlı moderator.az saytına verdiyi müsahibədə professor Qulu Məhərrəmlinin səsləndirdiyi tənqidi fikirlər AzTV sədri Arif Alışanovu qeyzləndirib.
Xeberinfo.com: Əvvəlcə telejurnalist haqqında 3 saatlıq videomaterial yayımlanıb, daha sonra isə A.Alışanov Q.Məhərrəmli ilə bağlı məhkəməyə müraciət edib. 
 
 Məlum olub ki, AzTV sədri Qulu Məhərrəmliyə qarşı xüsusi ittiham qaydasında cinayət işinin açılması ilə bağlı Nəsimi rayon Məhkəməsinə müraciət edib. Adıçəkilən rayon məhkəməsi bu faktı təsdiq edib. 
AzTV sədri şikayət ərizəsində Qulu Məhərrəmlinin Cinayət Məcəlləsinin iki maddəsi - 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasını istəyib. Bu maddələrdə azadlıqdan məhrumetmə cəzası da nəzərdə tutulur.
 
Vəziyyətin nə yerdə olduğunu öyrənmək istəyən jurnalistlərə professor Qulu Məhərrəmli AzTV rəhbərinin atdığı addım barədə məlumatlı olduğunu deyib: “Onun şikayət ərizəsində məni niyə ittiham etdiyini dəqiq müəyyənləşdirə bilmədim. Məlum müsahibədə mən Azərbaycan televiziyasının tarixini qısaca təhlil etmişəm, bugününə nəzər salmışam, yaxşısı-pisi barədə mülahizələrimi söyləmişəm, təhlükəli saydığım tendensiyaları göstərib, bunları doğuran bəzi səbəblər haqqında danışmışam. Ancaq ölkə prezidenti İlham Əliyevin ictimai nəzarətin bir üsulu kimi tənqidi genişləndirmək barədə çağırışı görünür ki, AzTV-də hələ yaxşı başa düşülmür". 
Sonda Qulu Məhərrəmli bildirib ki, "Haqqında söhbət gedən tənqiddən sonra A.Alışanovun atdığı impulsiv addımlar onun tutduğu vəzifənin məsuliyyətini lazımınca dərk etməməsi ilə bağlıdır".
Musavat.com

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam