Redaktor seçimi
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
Günün xəbəri

Qulu Məhərrəmli: “Mənim də müəyyən tədbirlərim olacaq”

qulu meherremliAMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri, telejurnalist Qulu Məhərrəmli ilə “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Alışanov arasında gərginlik yaranıb.

Xeberinfo.com:  Son günlər tərəflərin mediada bir-birnin ünvanına səsləndirdiyi qarşılıqlı ittihamlar hüquqi müstəviyə keçib.

Q.Məhərrəmlinin AzTV-nin kütləvi yayıma başlamasının 60 illiyi ərəfəsində səsləndirdiyi fikirlər, dövlət televiziyasının rəhbərliyi və əməkdaşları tərəfindən birmənalı qarşılanmayıb.

Elə bu səbəbdən də “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Arif Alışanov Qulu Məhərrəmliyə qarşı xüsusi ittiham qaydasında Nəsimi rayon Məhkəməsində müraciət edib.

Q.Məhərrəmli Modern.az saytına açıqlamasında bu günə qədər məhkəmə tərəfindən hər hansı bildiriş, xəbərdarlıq almadığını deyib:

“Hələlik heç bir xəbərdarlıq məktubu almadığımdan söhbətin nədən getdiyini bilmirəm. İttiham irəli sürüləndən və ittihamla tanış olduqdan sonra mənim də müəyyən tədbirlərim olacaq. İndiki halda mənə heç bir məhkəmədən, heç kim, heç nə deməyib”.

Məlumat üçün bildirək ki, aralarında Bəxtiyar Qaraca, Fikrət Adıgözəlli, Telli Pənahqızı kimi tanınmış telejurnalistlərin olduğu AzTV-nin bir neçə əməkdaşı fevral ayının 24-də mətbuat orqanları vasitəsilə Qulu Məhərrəmlini ittiham edən fikirlərini yazılı şəkildə imzalayaraq yayımlayıblar.

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin mətbuat xidmətinin rəhbəri Xatirə Qasım isə həmin şəxslərin öz istəklərinə uyğun olaraq bu addımı atdıqlarını deyib:

“Onların hansısa ərizəni imzalamasına məcbur edilməsi barədə söhbət belə, gedə bilməz. Bu cür məlumatlar yalandır. Həmin şəxslər özləri də göstərib ki, onları “zavallı, vəzifədən asılı adamlar” deyərək təhqir ediblər. Onlar da Qulu Məhərrəmlinin açıqlamasına yazılı şəkildə öz imzaları ilə cavab veriblər və özləri də məlumat yayıblar”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam