Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Arif Alışanov Qulu Məhərrəmlini məhkəməyə verdi

qulu meher-arif alisanov

 

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Sədri Arif Alışanovla AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri, jurnalist Qulu Məhərrəmli arasında son günlər mediada gedən qarşılıqlı ittihamlar pik nöqtəyə çatıb.

Xeberinfo.com:  Məlumata görə, A.Alışanov Q.Məhərrəmliyə qarşı xüsusi ittiham qaydasında Nəsimi rayon Məhkəməsində iddia qaldırıb. Buna səbəb isə Q.Məhərrəmlinin bir neçə media qurumunda televiziyanın kütləvi yayıma başlamasının 60 illiyi ilə bağlı verdiyi açıqlamalardır. Jurnalist həmin açıqlamalarda AzTV-nin bugünkü fəaliyyətini bəyənmədiyini bildirib, bunu qurumun rəhbərinin qeyri-peşəkar olması və yaradıcı menecmenti bilməməsi ilə izah edib. Teletənqidçi bu barədə fikirlərini deyərkən sərt ifadələr işlədib.

AzTV-nin mətbuat xidmətinin rəhbəri Xatirə Qasım bildirib ki, Arif Alışanov artıq məhkəməyə müraciət edib:

“Arif Alışanov 39 ildir ki, bu sahədə çalışır, amma indiyə qədəb bu cür məsələlərdə adı hallanmayıb. Heç vaxt məhkəməyə müraciət etməyib. Amma adını jurnalist qoyan Qulu Məhərrəmli həm Arif Alışanovu, həmdə yüzlərlə AzTV əməkdaşını təhqir edib. Ona görə də qanun qarşısında cavab verməlidir”.

Qeyd edək ki, Qulu Məhərrəmlinin açıqlamalarından sonra AzTV rəhbərliyində təmsil olunan şəxslər bəzi saytlarda və sosial şəbəkələrdə professor Qulu Məhərrəmli əleyhinə kampaniyaya başlayıblar. Daha sonra həmin qurumun, eləcə də İTV-nin 28 əməkdaşının çıxışından ibarət 2 saat 44 dəqiqəlik “ifşa” videosu yayılıb. (unikal.org)

“Alışanovun çəkdirib yaydığı 3 saatlıq video …”

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri, jurnalist Qulu Məhərrəmli AZTV sədri Arif Alışanovun onu məhkəməyə verməsinə münasibət bildirib.

Qulu Məhərrəmli bildirib ki, ölkədə hər kəsin məhkəməyə müraciət etmək hüququ var.

Jurnalist A. Alışanovun onun tərəfindən təhqir edilməsilə bağlı yayılan iddiaya da aydınlıq gətirib:

“Bir insanın qeyri-peşəkar ve yaradıcı iş üçün yaramadığını demək təhqir deyil. Təhqirin parlaq nümunəsi Alışanovun çəkdirib yaydığı 3 saatlıq video və təşkil etdiyi ləyaqətsiz, böhtançı yazılardır. Məsələn, bu video bir rəhbər kimi onun yaramaz hərəkət etdiyini, qisasçı xislətli olduğunu sübut edir”. (Qafqazinfo)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam