Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Qulu Məhərrəmli iki jurnalisti məhkəməyə verib

Əməkdar jurnalistə qarşı xüsusi ittiham qaydasında verilən şikayətə baxılacaq məhkəmənin vaxtı da açıqlanıb.

Xeberinfo.com:  Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin (ASC) sədri Arif Alışanovun professor, Əməkdar jurnalist Qulu Məhərrəmliyə qarşı xüsusi ittiham qaydasında verdiyi şikayətə baxılacaq məhkəmənin vaxtı açıqlanıb.

Q.Məhərrəmlinin nümayəndəsi Nicat Gözəlovun “Report”a verdiyi məlumata görə, işə aprelin 1-də Yasamal Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə baxılacaq.

Hüquqşünas bildirib ki, A.Alışanovun Q.Məhərrəmliyə qarşı ikinci iddiasına Nəsimi Rayon Məhkəməsində, hakim Etibar Hümbətovun sədrliyi ilə baxılır. Məhkəmənin növbəti iclası aprelin 7-də keçirləcək: “Arif Alışanov iddia edir ki, Qulu Məhərrəmli onun şərəf və ləyaqətini alçaldıb. O, jurnalistdən 100 min manat tələb edir”.
Onun sözlərinə görə, Q.Məhərrəmli də növbəsində iki jurnalisti – İlhamə Novruzova və Rauf Rəcəbovu məhkəməyə verib: “Həmin jurnalistlər mətbuatda Qulu Məhərrəmli haqqında yazılar yazıb. Qulu Məhərrəmli də hesab edir ki, həmin şəxslərin yazıları onun nüfuzuna ziyan vurur. İlhamə Novruzova ilə bağlı işə Nəsimi Rayon Məhkəməsində, Rauf Rəcəbovla bağlı işə isə Səbail Rayon Məhkəməsində baxılacaq”.
Qeyd edək ki, A.Alışanov və Q.Məhərrəmli arasında narazılıq jurnalistin fevral ayında Azərbaycanda televiziyanın kütləvi yayımına başlamasının 60 illiyi ilə bağlı verdiyi müsahibədən sonra yaranıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam