Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

"Ölkədə 12 nazirlik olmalıdır"

63251“Əvvəldən demişdim və indi də deyirəm ki, ölkədə 12 nazirlik olmalıdır. Əlavə nazirliklərə, komitələrə, nəzarət edən qurumlara gərək yoxdur”.

Xeberinfo.com:   Məlumata görə, bunu Moderator.az-a açıqlamasında professor Əli Əlirzayev bildirib.

Ə.Əlirzayev Prezident İlham Əliyevin üç dövlət qurumunun ləğv edilərək, Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılması ilə bağlı Fərmanını doğru addım kimi qiymətləndirib: “Həmin komitələr, nəzarət edən qurumlar mütləq şəkildə birləşməlidir, çünki tabelikdə olan bir sıra komitələr, müəssisələr eyni funksiyanı, vəzifəni yerinə yetirir. Həmin komitələr də ya bir-birlərini başa düşmədiklərindən, ya da hərəsinin öz marağı olduğundan həmişə bir-birlərini inkar ediblər. Ona görə də son nəticədə işin nəticəsi heç zaman effektli alınmayıb. O üzdən də bu qurumların birləşməsi vacibdir və zəruridir. Həmin komitələrin, qurumların ləğvi, birləşdirilməsi və ya azaldılması indiki halda yoxlamaların azaldılması baxımından da düzgündür. Qiymətli kağızlar bazarı Azərbaycanda sıfır vəziyyətindədir, belə vəziyyətdə bu komitələrin qalması nəyə lazımdır axı? Sanki orkestr var, ancaq orkestrin yerləşməsi üçün bina yoxdur. Qiymətli kağızlar bazarını təmin etmək üçün əlavə tədbirlər görmək lazımdır və ondan sonra onun komitəsini yaratmaq olarl”.
Professor daha sonra qeyd edib ki, xərc strukturuna qənaət etmək lazımdır: “Ölkədə xərc strukturu var, indi də ölkədə maliyyə böhranı yaranıb, pulun miqdarı azalıb, valyuta ehtiyatları azalıb. Onun yerini doldurmaq, daha doğrusu birinci növbədə qarşısını almaq üçün Ölkədə olan pulları, vəsaitləri düzgün istiqamətdə xərcləmək lazımdır. Xərc struktunun biri ondan ibarətdir ki, bürokratik aparat böyüyür və xərci çoxalır, qazanılan pullar, yeni iş yerlərinin açılması üçün kapitallar bunun xərcinə gedir. Onlar da istehlak xərcləridir, heç vaxt investisiya gətirmir, kapital, vəsait artırmır”.

Xatırladaq ki, ölkə rəhbərinin Fərmanına əsasən Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti və Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti ləğv edilib. Və həmin komitələrin səlahiyyətlərinin icrası məqsədilə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası yaradılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam