Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

"Ölkədə problemi kredit məsələsi həll olunmalıdır"

 

Milli Məclisdə problem kreditlər məsələsi yenidən gündəmə gətilib.

Xeberinfo.com:   Məlumata görə, Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılması və bu quruma veriləcək səlahiyyətlər haqqında gedən müzakirələr zamanı çıxış edən deputat Əli Məsimli bildirib ki, ölkədə problemi kredit məsələsi həll olunmalıdır.

Deputat qeyd edib ki, bu gün ölkənin maliyyə bazarında kifayət qədər problemlər var. “Mərkəzi Bankın yürütdüyü yanlış maliyyə siyasəti burada rol oynayır. Hesab edirəm ki, yeni palatanın Mərkəzi Bankla kordinasiyalı şəkildə fəaliyyəti mövcud problemlərin aradan qaldırılmasına təkan verəcək. Hər iki qurum çalışmalıdır ki, maliyyə bazarında olan çatışmazlıqlar istehsalat sahəsinə keçməsin”.

Deputat Əli Məsimli deyib ki, pul-kredit siyasətinin sərtliyi bir qədər də artsa, maliyyə blokunda olan problemlər, xəstəlik digər sahələrə, iqtisadiyyatın real sahələrinə keçə bilər: “Problemli kreditlər həll etmədən ikinci kateqoriyaya id olan bankların sağlamalaşdırılması çətin olacaq. Bunu tez həll etmək lazımdır. Qısa müddət ərzində ciddi problemlərin aradan qaldırılması və sağlamlaşdırılması istiqamətdə addımlar atılmalıdır".

Deputat Vahid Əhmədov bildirib ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının formalaşması çox tez zamanda başa çatmalı, sədri təyin edilməli, nizmanaməsi təsdiq edilməlidir ki, Mərkəzi Bank və palataya daxil olan funksiyalar dəqiq yerinə yetirilsin: “Bir neçə dəfə bank sistemi ilə bağlı islahatların vacib olduğunu bildirmişik. Problemli kreditlər, dollarla verilmiş kreditlərin taleyi bağlı tez zamanda həllini tapmalıdır. Bunu hökümət, Mərkəzi Bank, yeni palata həll edəcək. Danışıqlar müsbət həllini tapmalıdır. Biz bankların bağlanmağının tərəfdarı olmamışıq. Bankların təmərküzləşmə prosesinə getməsinə tərəfdar olmuşuq və onlar aşağı faizlə sahibkarlara insanlara kreditlər versinlər. Təəssüf ki, bir neçə bankın bağlandığını müşahidə etdik və bu da insnalar üçün problemlər yaratdı".

Deputat qeyd edib ki, maliyyə bazarlarına nəzarət mexanizmi dəqiq işlənib hazırlanmalıdır və bununla bağlı qanunun qəbul edilməsinə ehtiyac var.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam