Əbu-Dabidə Ukrayna, ABŞ və Rusiya arasında danışıqlar başlayıb -YENİLƏNİB
Əbu-Dabidə ABŞ-ın vasitəçiliyi ilə Rusiya və Ukrayna arasında danışıqların ikinci raundu başlayıb.
Yenixeber.org: Bu barədə TASS məlumat yayıb.
Bildirilib ki, danışıqlar qapalı rejimdə keçiriləcək və iki gün davam edəcək.
Rusiya nümayəndə heyətinə, keçən dəfə olduğu kimi, QRU rəisi İqor Kostyukov rəhbərlik edir.
***
Ukrayna nümayəndə heyəti artıq Əbu-Dabidədir.
Bu barədə Ukrayna mediası məlumat yayıb.
Məlumata görə, Ukrayna, ABŞ və Rusiya nümayəndə heyətləri arasında danışıqlar tezliklə başlamalıdır.
Xatırladaq ki, Ukrayna-ABŞ-Rusiya danışıqlarının ilk raundu yanvarın 23-24-də Əbu-Dabidə baş tutub. Fevralın 1-nə planlaşdırılan görüşün vaxtı isə 4-5 fevral tarixinə keçirilib.










AZ
RU