Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

BRİTANİYA VƏ RUSİYANI ÜZ-ÜZƏ QOYMUŞ DESANT-CASUS:ölkəsini satan xain, yoxsa rejimə qarşı çarpışan vətənsevər? - Araşdırma

Ben Makintayr

"The Times" (Böyük Britaniya), 15.03.2018

 

Əyyaş, satqın, əsgər, casus. Xəfiyyə, ikili agent, dustaq, kəşfiyyat məlumatı qaynağı və qətl obyekti. Rusiya xüsusi xidmətlərinin veteranı, sonra qatı düşməni, indi isə, çox ehtimal ki, qurbanı.

Yenixeber.org: Cəmi bir həftə qabaq kəşfiyyat cəmiyyətində yalnız çox az adam Sergey Skripalın – zəhərlənmə nəticəsində Solsberi xəstəxanasında öz qızıyla ölüm ayağında yatan casusun əsil tarixçəsini bilirdi. Daha bir neçə gündən sonra dünyada ən məşhur casus, çoxsifətliliyi təhqiqat obyekti oldu – kimdir, kim idi və kim onu öldürüməyə çalışıb.

Soyuq müharibənin övladı Sergey Viktoroviç Skripal Ukrayna hələ Sovet İttifaqının bir hissəsi olarkən 1951-ci il iyunun 23-də Kiyevdə anadan olub.O, fiziki baxımdan güclü və dərin vətənsevər olmaqla hərbi karyeranı seçib və hətta kəşfiyyat agenti kimi ələ alındıqdan sürəkli bir dövr sonra hərbi zabit manerası və təmkinini saxlamışdı.

1972-də Polşa ilə Litva arasındakı anklav Kalininqradda hərbi mühəndis məktəbini bitirib, sonra təhsilini Moskvada RF Silahlı Qüvvələri Ümumqoşun Akademiyasının hərbi institutunda davam etdirib. Bundan sonra onu dünyada ən böyük Rusiya hava-desant birləşməsinə alıblar.

Sergey və Lyudmilanın toy məclisi

 

1970-ci illərin əvvəlində Kalinində tanış olduğu sevgilisi Lyudmila Koşelniklə evlənib. 1974-də onların oğlu Aleksandr, on ildən sonra isə qızları Yuliya doğulub.

Sovet qoşunları 1979-da Əfqanıstana soxulub. Skripal ora desant kimi göndərilib və 40-cı ordunun komandanı Boris Qromovun komandirliyi altında amansız döyüşlərin şahidi olub. Rusiyanın ən titullu zabitlərindən biri və Vladimir Putinin yaxın müttəfiqi general Qromov Skripalın dostu və hamisi kimi onun sonrakı taleyində həlledici rol oynayıb.

Ordunun çempion boksçusu Skripal sınıq burnu və möhkəm bədəniylə arxasında ağıl görünən pəhləvan görkəminə malik idi. Hələ hava-desant diviziyasının üzvü olarkən xarici hərbi kəşfiyyat xidməti QRU-da (Baş Kəşfiyyat İdarəsi) iş  təklifi alıb.

KQB-nin varisi olan SVR-dənsə (Xarici Kəşfiyyat Xidməti) QRU Rusiyada xaricdə altı dəfə çox agent yerləşdirən ən güclü institutlardan biriydi və belə də qalır. QRU 25 mindən çox hərbçi xüsusi təyinatlıya nəzarət edir, Rusiyanın kosmik sputniklərilə məlumat toplayır və analiz edir, Rusiyanın portativ nüvə qurğularına çıxışı olan üç nəfərdən birinə – Rusiya Baş Qərargah rəisinə birbaşa tabedir.

QRU zabitləri bir qayda olaraq diplomatik pərdə altında hərbi sirləri toplamaq, məxfi agentlərin fəaliyyətinə nəzarət və Rusiya hərb maşınına fayda və maraq kəsb edə biləcək hər şeyi istənilən yolla əldə etmək qəsdilə bütün dünyada fəal hərəkət edir.

Skripal vəzifə pillələriylə sürətlə yüksəlib və 1990-cı illərin başlanğıcında QRU zabiti kimi Maltaya göndərilib və Rusiya KİV-lərinin xəbər verdiyi kimi, özünü “agent yığmaq və mühüm məlumat əldə etməyi bacaran coşğun peşəkar” kimi göstərib. 1993-də onu Rusiya hərbi attaşesi yanında QRU-nun baş zabiti kimi İspaniyaya göndəriblər.

Onun potensialı Qərb kəşfiyyatının “meyvəsi” qismində İspaniyanın CNI kəşfiyyat xidməti tərəfindən qeydə alınıb. Yeltsin dövründə xaricdə xidmət edən rusiyalılar maaşların yubanmasından, ya da heç olmamasından tez-tez əziyyət çəkirdilər. Skripalı “pula fərasəti” olan adam kimi CNI-nin qeydiyyatına alıblar. Orada “ələ alınan şəxslə birbaşa təmasa girən agent” deyilən və özünü Luis adlandıran adam ona yaxınlaşıb və ispan şərabı idxalında əməkdaşlıq təklif edib. Rusiyada mümkün işgüzar tərəfdaşlar üzə çıxarmaq əvəzində böyük komisyonlar vəd edib.

Bu cür hallarda tez-tez baş verdiyi kimi, rus casusu kimin kimi ələ aldığına əmin deyildi. Nəhayət, Skripal deyib ki, hərbi kəşfiyyatın zabiti olub. Əlbəttə, Luis artıq bu haqda bilirdi, amma tələ yemini uddurmaq əvəzinə cavab verib ki, bu, işgüzar baxımdan ancaq fayda gətirəcək.

Bu mərhələdə qərara alınıb ki, Skripalın İspaniya kəşfiyyat xidmətiylə sıx işgüzar münasibətləri olan Mİ16-yla işləməyi daha yaxşıdır. İş mülki pərdə altında fəaliyyət göstərən başqa bir agentə (casus dilində NOS – məxfiləşdirilən əməliyyatçıya) ötürülüb.

Kişilər sıx işgüzar münasibət qurublar və Skripal 1995-ci ildə Mİ16-dan “Zirək”("Forthwith") kod adı alıb. O, xeyli sayda yüksəkkeyfiyyətli, o cümlədən QRU-nun əməliyyatları, fəaliyyətdəki agentlər və hərbi kəşfiyyatın Moskvada və Rusiyadan qıraqdakı başqa zabitləri haqda kəşfiyyat məlumatı əldə etməyə başlayıb. Ona görüşə görə beş mindən altı min dollara qədər nəqd ödəniş ediblər, pulları isə İspaniyada bank hesabında saxlayıb.

“Zirək”dən alınan kəşfiyyat məlumatlarının qaynağı diqqətlə pərdələnir və xidməti zərurət prinsipiylə müttəfiqlərə, xüsusən də MKİ-yə  ötürülürdü.

Kəşfiyyat qaynaqları deyir ki, Skripalın ilk motivi maddi xarakterdə olsa da, o, Rusiyanın hakim rejimindən getdikcə uzaqlaşaraq onu sarsıtmağa çalışıb. Habelə öz kuratorlarilə sıx əlaqə qurub ki, bu da bir çox kəşfiyyat münasibətlərində mərkəzi amil olub.

I növ şəkər xəstəliyinə tutulan Skripalın sağlamlıqla bağlı xeyli problemi olub və 1999-da Moskvaya qayıdıb. QRU-nun “Akvarium” kimi tanınan mənzil qərargahında kadrlar şöbəsinin rəisi vəzifəsinin icraçısı işləyərək yeni, qiymətli məlumatlara çıxış əldə edib və hamısını Mİ16-ya ötürüb. Sağlamlığın bərpası bəhanəsilə onun üçün Malaqa yaxınlığında şəhərkənarı evin icarəyə götürüldüyü, Mİ16-nın  əməkdaşlarıyla görüşüb pul aldığı İspaniyaya tez-tez uçub.

Ünsiyyətcil adam olmaqla çox vaxt görüşləri bar və restoranlarda keçirib və kəşfiyyat qaynaqlarının məlumatına görə, bu görüşlər “əməlli-başlı sərxoşluq”da keçib. Adətən, xeyirxah və nəzakətsiz Skripal müəyyən şəraitlərdə tələbkar və tündməcaz ola bilirdi. O, bir dəfə təcili müşavirə çağırıb, onun təhlükədə olduğunu düşünən kuratoru işini atıb İspaniyaya yüyürəndə burada məlum olub ki, casusa təcili 10 000 dollar lazım gəlib. Skripal özünü pis hiss etdiyindən İspaniyaya gedə bilməyəndə onun yerini Lyudmila tutub. Ərinin fəaliyyətindən xəbərsiz olmaqla hesab edib ki, yığdığı pullar onun biznes fəaliyyətinə görə haqdır.

Skripal istefaya gedib və təxminən, 2000-də polkovnik rütbəsində QRU-nu tərk edib və Xarici İşlər Nazirliyində müvəqqəti ştatdankənar işə götürülüb. QRU-da ehtiyat zabit kimi qalıb.

General Boris Qromov

Onun keçmiş komandiri və 1989-un fevralında sovet əsgəri kimi Əfqanıstanı sonuncu tərk edən Qromov 2000-ci ildə Moskva vilayətinin qubernatoru olub, mühabirə veteranının yüksək mükafatlarına layiq görülüb və Putinin inanılmış silahdaşlarından biri olub. Rusiyanın Əfqanıstan veteranları tez-tez sıx əlaqələr saxladığından Qromov Skripalı Moskva vilayət hökumətində işə düzəldib.

Skripal yeni iş sayəsində Mİ16-ya ötürdüyü hökumət məlumatlarına çıxış əldə edib, bu zaman Rusiya hərbi kəşfiyyatıyla əlaqəni qoruyub və QRU-dan köhnə həmkarlarıyla görüşləri və ünsiyyəti davam etdirib. Lobnada ev tikməyə başlayıb, amma pulu ehtiyatla xərcləyib və pas tutmuş köhnə avtomobil sürüb.

Bu arada İspaniya kəşfiyyatının casusu Roberto Flores Qarsiya birgə İngiltərə-İspaniya işini sezib və rusiyalılara məlumat verib. Sonralar Floresi dövlətə xəyanətə görə mühakimə edərək 12 il həbs cəzasına məhkum ediblər. Britaniya müstəntiqləri işin xeyli yönü içində Floresin hansı şəkildə ifşa edildiyini araşdıracaqlar: Rusiya kəşfiyyatındakı hansısa informator ispanlara Flores haqda xəbərdarlıq edibsə, o da Skripala sui-qəsdi araşdırmağa yardım edə bilər.

Rusiya KİV-lərinin Rusiya əks-kəşfiyyatının Skripaldan çoxdan şübhələndiyi və uzun illər ərzində ona göz qoyduğu haqda fəal şəkildə yaydığı iddianı dəstəkləyən heç bir sübut yoxdur. Skripalı şantaj etmək imkanına malik olmaq üçün Mİ16-nın onu strip-kluba göndərdiyi haqda ehtimallar da inanılmaz səslənir.

FTX Skripalı həbs edir

 

Skripalı 2004-ün dekabrında Moskvanın Krılatskaya rayonundakı evinin yanında həbs ediblər. Telekameralar FTX təhlükəsizlik əməkdaşlarının qamətli, çalsaç casusu necə sarıdıqlarını izləyib. Danışırlar ki, həbs zamanı onun çiyin oynağını qəsdən burublar. Skripal həbsdən sonra FTX-yə bildirib: “İstədiyinizə nail oldunuz”.

İki il sonra Moskva vilayət məhkəməsi qapalı məhkəmə araşdırmasından sonra Skripalı dövlətə xəyanətdə təqsirli bilib və casusu, guya, 300-dən çox agenti Mİ16-ya satmaqda ittiham edib. Hökm verilən gün onun əynində Rusiya bayrağının rəngində idman libası – vətənsevərliyin bu cür nümayişkaranə rəmzi var idi. Onu hərbi rütbədən və mükafatlardan məhrum ediblər, amma zəif sağlamlığı və istintaqla əməkdaşlığa hazır olması sayəsində cəmi 13 ilə azadlıqdan məhrum ediblər.

Skripalı Mordovadakı ciddi rejimli islah düşərgəsinə göndəriblər. Skripalın ailəsi üçün qara günlər başlanıb. Saşa işini itirib, güclü şəkildə içməyə başlayıb, nikahı pozulub. Qurtuluş kiminsə gözləyə biləcəyindən də tez gəlib. Skripal 2010-un iyulunda o zaman hakimiyyətdə olan Dmitri Medvedyevin əfv etdiyi dörd rusiyalıdan biri olub və ABŞ-da qalmaqallı şəkildə ad çıxarmış Anna Çapmandaxil olmaqla həbs edilən 10 Rusiya casusunun əvəzində Qərbə verilib.

Qalan üçü alim İqor Sutyaqin və dövlətə xəyanətə görə mühakimə olunmuş kəşfiyyatçılar Aleksandr Zaporojski və Gennadi Vasilenkoydu. Skripalın bu siyahıya daxil edilməsi qeyri-xarakterik idi, çünki Amerikanın “aktivi” deyildi. Danışırlar ki, onun mübadiləsinə Böyük Britaniya israr edib, MKİ isə razılaşıb – ehtimal ki, “Zirək”in əldə etdiyi sənədlərdən Londonun bölüşdüyü məlumatların önəminin etirafı nəticəsində.

Hər bir üzvü uzunmüddətli Britaniya vizası almış ailəsinə yenidən qovuşandan sonra Skripal Solsberidə əvvəlcə kirayədə, sonra isə böyük cinayət işinin təhqiqat yeri olan evində məskunlaşıb. Hesab olunub ki, o vaxt Britaniya ərazisinə ilk dəfə qədəm qoyub, çünki onun kuratorları Rusiya casusu və işlədiyi ölkə arasında aşkar bağlantıdan ehtiyatla yayınıblar.

Hesab edildiyi kimi, Skripal o vaxtdan kəşfiyyat xidmətləri təmsilçilərinə mühazirə oxumağa və Mİ16-yla əlaqə saxlamağa başlayıb. Skripal işdən aralanan və ya vətən üçün darıxan əksər sürgün olunmuş casuslardan fərqli olaraq, tam şəkildə Britaniya həyatına qərq olub. Rusiyalı sürücülük vəsiqəsi alana qədər onu aparan taksiçi Harri Kollinzin sözlərinə görə, Skripal Solsberi pablarının daimi ziyarətçisi idi.

Skripal qonşulara xeyirxahlıq və nəzakətlə yanaşıb, amma onun güclü rus ləhcəsini zorla başa düşə bilirmişlər. O, özünü istefada olan zabit adlandırıb. Skripal öz bağında qrildə sosis hazırlamağı və kompüterdə oynamağı xoşlayırmış.

Skripalın ailəsi Britaniyaya gələndən bir il sonra Lyudmilada endometriya xərçəngi aşkarlayıblar və bir ildən sonra ölüb. İngiliscə atasından yaxşı danışan Yulya bir müddət İstli şəhərində “Holiday Inn” otelində işləyib, amma 2015-də Rusiyaya qayıdıb. Atası ilə "Skype"la əlaqə saxlayıb. Saşa 2017-də qaraciyər çatışmazlığından ölüb. Kəşfiyyat qaynaqları danışır ki, o, alkoqol düşkünlüyündən əzab çəksə də, ölümünə az qalmış Doğum bayramında Britaniyaya atasının yanına ayıq və sağlam gəlib.

Keçmiş casusların çoxu tənhalıq və depressiya ilə çarpışırlar, Skripal isə Solsberi klublarından birinə daxil olub, üzvlər deyirlər ki, rusiyalı bir parç pivə içməyi və “kişi mövzuları”nda bir az laqqırtı vurmağı xoşlayırdı.

Skripal 2011-də 260 000 funt sterlinqə ipotekasız aldığı qırmızı kərpicdən müasir evdə sadə, sakit həyat sürməyi davam etdirib. Polşa kolbasası, turşuya qoyulmuş balıq və arabir lotereya bileti alırmış. İstefada olan casusların çoxu kimi, sanki heç hara yol alıbmış.

Sergey və Yuliyanı martın 4-də isə ictimai yerdə skamyada huşsuz halda tapıblar. O vaxtdan hər ikisi böhranlı durumda xəstəxanadadır. Önəmsiz qonşu casus qəflətən diqqət mərkəzində olub. Müstəntiqlər onu məhz kimin öldürməyə cəhd etdiyini aydınlaşdırmağa səy göstərərək keçmişinin mümkün bütün yönlərini araşdırırlar.

Mİ16-dakı qaynaqlar işarə edir ki, Skripal Rusiyanın və – gizlicə – Britaniyanın xeyrinə casusluq edərək ikili həyat qurarkən, Vladimir Putinin özü də kəşfiyyatın uğurlu əməkdaşıydı. Prezident, Skripalın işi haqda şəxsən tamamilə bilə bilərdi.

Solsberili casus xeyli düşmən qazanıb: iki dəfə QRU üzrə həmkarlarının yoluna çıxıb, veteran yoldaşlarını satıb və Britaniyaya Rusiyanın kəşfiyyatı və imicinə mühüm ziyan vuran informasiya təqdim edib.

Britaniya keçən həftəyədək Sergey Skripal haqda çox az şey bilirdi, amma, bax, Putin, ehtimal ki, daha geniş məlumata malik idi.

Tərcümə Strateq.az-ındır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam