Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

“AZTRANSLATİON CENTER” MMC-də ŞƏXSİ-QƏRƏZLİK, ƏMƏK HÜQUQLARININ POZULMASI -KOLLEKTİVDƏ  İKİTİRƏLİK???

RUSLAN DADAŞOV AZƏRBAYCAN RESPUBLİKASININ MÜQƏDDƏS QANUNLARINI NİYƏ POZUR?

Yenixeber.org: 2025-ci ilin iyun ayından Bakı şəhəri Nərimanov rayon ərazisində yerləşən regional məşğulluq idarəsinin xətti ilə müraciət etdiyim işlə əlaqədar olaraq, məni Bakı şəhəri Nəsimi rayonunda yerləşən “Aztranslation center” MMC-yə rus-Azərbaycan və Azərbaycan-rus dillərindən tərcüməçi qismində işə yoxlama müddətini keçmək məqsədilə qəbul etdilər. İyul ayının əvəllərində rəsmi olaraq, əmrim verildi və mən işə başladım. İlk aylar hər şey qaydasında gedirdi. Normal idi hər iş. Qeyd edim ki, mən ASAN xidmət sənədlərini və cinayət işləri sənədlərinin tərcüməsi ilə məşğul idim. İşimdən heç bir narazılıq və şikayət olmamışdı. İndiki kimi xatırlayıram, əmrim beş gün idi verilmişdi, məlum məsələdir ki, müəyyən sənədlərin ümumi qaydada tərcümə olunması üçün şablonlar mövcud olduğuna görə, tez-tez suallar verirdim. Bu da otaqda bəzi qızların xoşuna gəlmirdi. Bunu onların üzlərindəki mimikalardan sezmək çətin deyildi. Bir dəfə yenidən “etibarnamə” tərcüməsi gəlmişdi və mən normal qaydada “Bu sənədin forması varmı?” – deyə soruşdum. Cavabında KƏSKİN OLARAQ -“Yoxdur!”- deyə kobud şəkildə cavab aldım.

Biznes mərkəzi Aztranslation Tərcümə Mərkəzi, Bakı, foto

Haşiyə: o vaxtlarda mənim sağlamlığımda ciddi problem –xəstəlik problemi yarandığına görə, hər bir kobud söz, hər BİR kobud hərəkət mənə pis təsir edirdi.

 Təbii ki, aldığım cavabdan pis oldum və bunu biruzə verməmək üçün özümü güclə saxlasam da, sonda dözə bilməyib cavab verdim və bildirdim ki, mən belə rəftarı haqq etmirəm. Sizin hamınıza hörmətlə yanaşıram, cavabında isə həm kobudluq, ikitirəlik və qərəz görürəm.

Sonra mənə qarşı kobudluq edən xanım (adını çəkmək istəmirəm) hardasa iki aya qədər mənimlə danışmadı. Amma inanın ki, o iki ay ərzində mən cəhənnəm əzabı yaşadım. Hətta təkliyə çəkilib oturduğum masanı dəyişdim. Bir sözlə, 7 ay ərzində insan yerinə qoyulmadım orda. Hələ sizə söyləyəcəyim hadisələr də baş verdi sonralar. Bir-bir sadalayacağam.

Belə qərar verdim ki, iş yoldaşımla işçi münasibətlərini yenidən bərpa edim. Mən onu danışdırdığım halda o mənə elə cavab verirdi ki, heç danışmasaydı ondan yaxşı idi. Otaqda olduğum halda mənə yoxmuş kimi davranıb, ağızlarına su alırdılar. Mən otaqdan çıxan kimi QEYBƏT başlayırdı. Çox pis olurdum olanlara, işlədiyim 30 il ərzində hələ belə hallara ilk dəfə idi ki, rast gəlirdim. Avqust ayının 1-də səhhətimlə bağlı məni Respublika xəstəxanasına iş yerindən TTY-la apardılar. Ağır əməliyyat keçirdim, həmin müddətdə mənim halımı nə soruşan, nə də məni axtaran oldu. Təkcə HR xanımdan başqa. Üstəlik iş yerindən maddi kömək umduğum halda heç bir köməklik göstərilmədi. Beləliklə, sentyabrın 1-də yenidən işə başladım. Her şey normal qaydada gedirdi. Mən öz öhdəliyimi yerinə yetirirdim.

Bu kollektivdə ad günləri keçirmək kimi bir adət vardı. Hamı pul yığıb səbəbkara tort alırdılar. Təbii ki, hələ o soyuq münasibətlə məni də cəlb etmişdilər. (Məni nə iş qrupuna salmışdılar, nə də hər hansı başqa ictimai işlərə cəlb etmirdilər, ad günü üçün amma qrupa salırdılar). Bir sözlə, mən bu kollektivin gözündə heç kim idim.

Yanvar ayının əvvəlindən 1 həftəlik məzuniyyət götürdüm, təbii ki rəhbərliyin razılığı ilə. Ayın 12-də işə gəlib davam etdim. Ancaq hiss edirdim ki, arxa fonda nələrsə cevirilər mənə qarşı, üz-üzə gələndə də güclə danışıb ötüşdürürdülər. Mən o kollektivdə işləyənlərin adlarını lazım gələndə bir-bir burda çəkə də bilərdim. Hələ ki, müəyyən proseslərin nəticəsini gözləyirəm. O kollektivin meneceri 19 -20 yaşlı xanım elə bir vəziyyət yaratdı ki, mən günahkar çıxdım. 7 ay nöqsansız işləyən adam birdən-birə düşmən çıxdı. Yanvar ayının 21-də işdən əsassız yerə çıxarılan adama Fevralın 15-də deyilir ki, sizi işdə verdiyiniz nöqsanlara görə maddə ilə işdən çıxarırıq. Bu necə olur?

İşlədiyim illər ərzində hələ belə nadanlığa, hələ belə hədyanlığa, hələ belə şəxsi-qərəzliyə, qanun pozuntusuna, ikiüzlülüyə, maskalı adamlara ilk dəfədir ki, rast gəlirdim. Cənab direktor, hansı əmək qanunvericiliyində deyilib ki, işçini xəbərdar etmədən işə gəlməməyindən 25 gün sonra ağır maddə ilə çıxarırlar???? Hansı ??? Biri mənə göstərsin! Burdan Sizə bəyan edirəm, hörmətli direktor, kim sizə əsas verib ki, neçə illər heç bir nöqsana yol verməyən adama iftira atıb işdən maddə ilə çıxarasınız??!!! Bu, Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsinin  müvafiq bəndlərini pozmaq və mənim hüquqlarımı kobud şəkildə pozmaq deyilmi? Mən tək anayam, bir qız uşağı böyüdürəm. Məni cəmiyyətdən təcrid etmək sizcə qəhrəmanlıq sayılırmı?

Amma indi hər şey qanun çərçivəsində və ictimai müstəvidə öz həllini tapacaq. Siz heç narahat olmayın! Müstəqil Azərbaycanın qanunları qüvvədədir. Şübhə etmirəm ki, Sizin özbaşnalığınıza və mənəm-mənəmliyinizə tezliklə son qoyulacaq, şikayətim müvafiq qaydada araşdırılacaq. Sizin qərəzli mövqeyinizə layiqli qiymət veriləcəkdir. 

Səadət Abbasova

Yenixeber.org olaraq qarşı tərəfin cavab haqqını tanıyırıq.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam