Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

Yeni gərginlik...

Yaponiya Şərqi Çin dənizindəki qazma qurğuları ilə bağlı Çinə etiraz edir

Yenixeber.org: Yaponiya hökuməti iki ölkənin eksklüziv iqtisadi zonalarının üst-üstə düşdüyü Şərqi Çin dənizindəki Çin qazma qurğularının fəaliyyətinə etiraz edib. Bu barədə AYNA.AZ xarici mediaya istinadən bildirir.

"Biz Çinə sərt etirazımızı bildirdik", - deyə Baş nazir Minoru Kixara Tokioda keçirilən mətbuat konfransında bildirib.

"Yaponiya tərəfinin çoxsaylı etirazlarına baxmayaraq, Çin bu işi davam etdirir", - deyə Baş nazir əlavə edib.

O Pekini ərazidəki təbii qaz yataqlarının birgə işlənməsi ilə bağlı 2008-ci il müqaviləsinə qayıtmağa çağırıb.

Daha əvvəl Yaponiya Sahil Mühafizəsi Şərqi Çin dənizindəki şərti demarkasiya xəttinin Çin tərəfində Çin mobil qazma qurğularının mövcudluğunu aşkar etdiyini bildirmişdi. Pekin bu demarkasiya xəttini rəsmi olaraq tanımır və onun Yaponiyaya daha yaxın, şərqə doğru daha da çəkilməli olduğuna inanır.

Xatırladaq ki, son dövrlər müxtəlif məsələlərlə bağlı ölkələr bir-birlərini ittiham etməkdədirlər ki, bu da siyasi gərginliyi atrtırır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam