Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

Livan ordusu ölkənin cənubunda hərbi texnikaya nəzarəti ələ alıb

 

Livan ordusu ölkənin cənubunda silahlara nəzarəti tamamilə ələ keçirdiyini elan edib.

Yenixeber.org xəbər verir ki, ordudan nəzarətin bərpasına baxmayaraq, partlamamış silah-sursat və tunellərın təmizlənməsi üçün görüləsi işlərin hələ də çox olduğu bildirilib.

Ordudan o da bildirilib ki, İsrailin nəzarəti altında olan bölgələrdən başqa Livanın cənubunda silahlara nəzarət tam bərqərar edilib.

Məlumatda Hizbullahın adı çəkilməsə də, Livanın cənubunda bu qruplaşmaya məxsus hərbi texnikanın mövcudluğu sirr deyil.

Qeyd edək ki, Livan ordusu ölkənin cənubunda, İsraillə sərhəddə mövcud olan və ordunun nəzarətində olmayan hərbi texnikanı oradan çıxarmaqla bağlı ötən ilin sonuna qədər işlərin tamamlanacağını elan edib.

Livan təhlükəsizlik mənbələri “Reuters“ə verdikləri məlumatda bundan sonra heç bir təşkilatın və ya qruplaşmanın Livanın cənub ərazisindən hücumlar həyata keçirə bilməyəcəyini qeyd ediblər.

Xatırladaq ki, ABŞ və İsrail Livan hökumətindən Hizbullahın tərksilah edilməsini tələb etsə də, hökumət hələ də bu işin öhdəsindən gələ bilməyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam