AB-dən Pəhləvi açıqlaması:Artıq vaxtı çatıb...
İran müxalifətinin lideri kimi şahzadə Rza Pəhləvi ilə görüşməyin vaxtı çatıb.
Yenixeber.org: Bu barədə sosial mediada AB-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasa müraciət edən Avropa Parlamentinin üzvü Çarli Vaymers deyib.
“Yaşasın İran xalqı. Zalıma ölüm”, - o qeyd edib.
Qeyd edək ki, Rza Pəhləvi İranın sonuncu şahı Məhəmmədrza Pəhləvinin oğludur. Hazırda ABŞ-da yaşayan Rza İran hakimiyyətinə iddialıdır. Dekabrın sonunda İranda başlayan ümumxalq etirazlarının iştirakçıları onu ölkəyə qayıdıb hakimiyyəti götürməyə çağırırlar.










AZ
RU
