Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

Rubio Maduronun saxlanılmasından sonra ABŞ-dən Venesuela ilə bağlı yeni addım gözləmir

 

ABŞ dövlət katibi Marko Rubio bəyan edib ki, Venesuela Prezidenti Nikolas Maduro saxlanıldıqdan sonra ABŞ-dən bu ölkəyə qarşı yeni fəaliyyət gözləmir.

Yenixeber.org xəbər verir ki, bunu respublikaçı senator Mayk Li "X" sosial şəbəkəsində Dövlət Departamentinin başçısı ilə telefon danışığının yekunları üzrə bildirib.

"O (Rubio) mənə bildirib ki, Nikolas Maduro Birləşmiş Ştatlarda cinayət ittihamları üzrə məhkəmə araşdırmasının keçirilməsi üçün amerikalı hərbçilər tərəfindən həbs edilib və bu gün şahidi olduğumuz güc tədbirlərinin məqsədi həbs orderini icra edənləri müdafiə etmək olub", - o qeyd edib.

M.Linin sözlərinə görə, Rubio bildirib ki, Maduronu ABŞ-də cinayət ittihamları ilə əlaqədar məhkəmə prosesi gözləyir.

"Bu fəaliyyətlər yəqin ki, ABŞ heyətinin faktiki və ya qaçılmaz hücumdan müdafiəsi üçün Konstitusiyanın II maddəsinə əsasən prezidentin ayrılmaz səlahiyyətlərinə aiddir. O, (Rubio) Maduronun ABŞ-də həbsdə olması ilə əlaqədar Venesuelada başqa fəaliyyətlər gözləmir", - senator vurğulayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam