Ukraynada təklif olunan 20 maddəlik sülh planı üzrə iş yekunlaşır.
Yenixeber.org: Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “X” hesabında bildirib.
“Biz gündəlik olaraq bütün tərəfdaşlarımızla kontaktlara davam edirik. Bu günün cədvəlində ABŞ-la Ukraynada müharibədən sonrakı dövrdə bərpa-quruculuq işləri və iqtisadi inkişafın müzakirə olunması var. Bununla birgə, biz 20 maddəlik əsas sənəd üzərində işimizi yekunlaşdırırıq. Hansı ki, müharibənin bitməsi üçün parametrləri təyin edə bilər”, - Zelenski qeyd edib.
O, bu sənədin tezliklə ABŞ-a təqdim ediləcəyini əlavə edib.
“Sabah isə “İstəklilər Koalisiyası” formatında görüş planlaşdırılır. Bu həftə hamımız üçün yeni xəbərlər gətirə bilər”, - Ukrayna lideri vurğulayıb.










AZ
RU
