Redaktor seçimi
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
Günün xəbəri

Televiziya verilişlərində vəziyyət qənəatəbəxş deyil

 

Audivizual Şura televiziya və radiolardakı reklam çarxlarında əcnəbi sözlərin istifadəsinin qarşısını tamamilə alıb.

Yenixeber.org-un məlumatına görə, bunu Audivizual Şuranın sədri İsmət Səttarov Milli Məclisdə keçirilən “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” adlı konfransda çıxışında deyib.

Onun sözlərinə görə, əvvəllər belə deyildi. “Əvvəllər tez-tez rekalm çarxlarında əcnəbi sözlərə rast gəlinirdi”.

İsmət Səttarov verilişlərdə vəziyyətin qənəatəbəxş olmadığını bildirib.

“Çünki verilişlərin monitorinqi məsələsi var. Hansı ki gün ərzində 800 saatlıq efirə 6 əməkdaş baxır. Lakin Prezidentin çıxışından sonra biz yenidən bu məsələyə baxdıq və süni intellektdən istifadəyə qərar verdik. Haradasa 40 əcnəbi sözü proqrama daxil etdik və süni intellektə bu istiqamətdə əmr verdik. Hazırda bu layihə test mərhələsindədir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam