Redaktor seçimi
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
Günün xəbəri

Qırğızıstan BMT Təhlükəsizlik Şurasına üzv olmaq istəyir - Liderlərdən ÇAĞIRIŞ

 

Bu gün Birləşmiş Millətlər Təşkilatının Nyu-Yorkdakı qərargahında Mərkəzi Asiya dövlətlərinin BMT-dəki daimi nümayəndələrinin brifinqi keçirilib.

Yenixeber.org xəbər verir ki, Özbəkistanın BMT-dəki daimi nümayəndəsi Uluqbek Lapasov 16 noyabr 2025-ci ildə Daşkənddə keçirilmiş Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünün nəticələrini təqdim edib. O, region liderlərinin BMT üzv dövlətlərini Qırğızıstan Respublikasının 2027-2028-ci illərdə BMT Təhlükəsizlik Şurasına namizədliyini dəstəkləməyə çağıran müraciəti barədə məlumat verib.

Uluqbek Lapasov qeyd edib ki, Mərkəzi Asiya regionunun dövlət başçıları öz müraciətlərində Qırğızıstan Respublikasının BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüyə namizədliyi Mərkəzi Asiyanın qlobal sülhə və təhlükəsizliyə töhfəsini gücləndirmək istəyini əks etdirdirir.

Öz növbəsində, Qırğızıstan Respublikasının BMT-dəki daimi nümayəndəsi Aida Kasımalıyeva Mərkəzi Asiya dövlətlərinə göstərdikləri dəstəyə görə minnətdarlığını bildirib və qeyd edib ki, bu birlik regionun sülhə, dialoqa və konstruktiv çoxtərəfliliyə ortaq sadiqliyini nümayiş etdirir. O bildirib ki, Qırğızıstan Respublikası BMT Təhlükəsizlik Şurasına seçiləcəyi təqdirdə beynəlxalq təşkilatın məsuliyyətli və prinsipial üzvü olacaq, qlobal təhlükəsizliyin gücləndirilməsi və bütün regionların, xüsusən də inkişaf etməkdə olan və kiçik dövlətlərin səslərinin eşidilməsinə çalışacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam