Rusiya ordusu Odessaya dronla zərbə endirib -7 nəfər yaralanıb
Rusiya ordusunun Odessa şəhərinə pilotsuz uçuş aparatları ilə hücumu nəticəsində şəhərin enerji infrastrukturuna ciddi ziyan dəyib, yeddi nəfər xəsarət alıb.
Yenixeber.org xəbər verir ki, bu barədə “Unian“ Odessa Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Kiperə istinadən məlumat yayıb.
Məlumata görə, energetika obyektində baş verən yanğın qısa müddətdə nəzarətə götürülüb. Yerli xidmətlər ziyan dəymiş infrastrukturu bərpa etmək və sakinlərə yardım göstərmək üçün işlərini davam etdirir.










AZ
RU